Rusiyanın separatçıları dəatəkləyən «Marqarita informasiyası» yenə də Azərbaycan informasiya məkanını zəbt edib. Ukrayna anti separatizm mənbələri separatçı — terroristlərin dinc əhalini atəşə tutması xəbərini yayıblar.
Ortada olan fakt rus separatşı — terrorçularının atdığı bir artileriya mərmisi var. Amma bu terrorçular ənənələrinə sadiq qalaraq özləri atıb qarşı tərəfi günahkar çıxarmağa çalışırlar. Bu stili hər kəsdən yaxşı bizlər bilməliyik. Bizim bilməmiz bir yana, niyə rus yalanlarını yayınladıqlarını anlayan varmı?
Lakin Rusiyanın rəsmi və hətta separatçıların sözçüsü kimi çıxış edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, «Ukrayna qüvvələrinin böyük potensialı yerləşən» Donbasda vəziyyət gərginləşir. Cənab Peskovun sözlərinə görə, Kiyevin Donbas regionunda təxribat xarakterli hərəkətləri son günlər güclənib. “Hadisələr hər an informasiya hücumları sferasından sərhədlərimizin bilavasitə yaxınlığında yeni müharibə alovuna səbəb olacaq nəticələrə keçmək riskini daşıyır”, — deyə Peskov bildirib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə Ukraynanın tərəfdaşlarını işğalçılar tərəfindən Stanitsa Luqanskanı atəşə tutmasını dərhal pisləməyə çağırıb.
Bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb.
«İşğal olunmuş Donbas ərazisindən Ukraynanın Stanitsa Luqansk ağır silahlardan atəşə tutulub. Mülki infrastruktura ziyan dəyib. Biz bütün tərəfdaşları onsuz da gərgin təhlükəsizlik kontekstində Rusiya tərəfindən Minsk razılaşmalarının bu ciddi şəkildə pozulmasını dərhal pisləməyə çağırırıq», — deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Xatırladaq ki, cümə axşamı işğalçılar Stanitsa Luqanskanı artilleriya atəşinə tutdular, mərmilərdən biri uşaq bağçasına dəyib. İlkin məlumata görə, iki mülki yaralanıb. Kommunal infrastruktura da ziyan dəyib — qəsəbənin yarısı işıqsız qalıb.
Birgə Qüvvələr Əməliyyatı hərbçiləri mülki vətəndaşları operativ şəkildə sığınacaqlara təxliyyə ediblər.
Elnur Səlim
Mənbə: Fedai.az