Ukraynaya növbəti humanitar yardım

22/11/23 12:34

🇦🇿🇺🇦 Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

Humanitar yardımın elektrik avadanlıqlarından ibarət ikinci hissəsi Ukraynaya göndərilib. Humanitar yüklərə 900 min metrdən çox elektrik kabeli və naqilləri, həmçinin 18 transformator və transformator yarımstansiyası daxildir.

Yaxın vaxtlarda Ukraynaya ümumi dəyəri 7,6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti partiyasının göndərilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir