Ülkü Ocaqlar Başqanı ilə Azərbaycan Millliyyətçiləri arasında görüş olmuşdur…(Fotolar)

18/05/17 11:56

Bu gün Azərbaycan Milliyyətçi Hərəkatının təmsilçiləri, Qarabağ savaşının Qaziləri və Veteranlarının iştirakı ilə Türkiyə Ülkü Ocaqlarının Genel Başqanı Olcay Klavuzun rəhbərlik etdiyi heyət arasında görüşü olmuşdur. Görüşdə Milliyyətçi Hərəkatın təmsilçiləri Azərbaycanda və Türkiyədə, o cümlədən Türklər yaşayan bölgələrdə hakim olan vəziyyət geniş müzakirələr edilmişdir. Qələndər Muxtarlı, İlyas Abdullayev, Səfər Turançı, Firuddin Əhmədli,  Əligül Oğuz və digərləri çıxış edərək Milliyyətçi qüvvələrin fəaliyyətində yol verilən qüsurlar, nöqsanlar müzakirə etmiş, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının, Ülkü ocaqlarının Azərbaycan Milliyyətçilərinə yönəli mövqeyi təhlil edilmiş və çıxış yolları barədə fikir mübadiləsi aparılmışdır.

 

Transqafqaz.com

Könül Hacıyeva