Uyğur türkləri Vaşinqtonda etiraz aksiyası təşkil etdilər

02/10/21 9:25

Aksiya iştirakçıları ABŞ -ı və beynəlxalq ictimaiyyəti Çinə təzyiq etməyə çağırıblar

Uyğur türkləri Çində milli azlıqların hüquqlarının pozulması siyasətinə qarşı Vaşinqtonda etiraz aksiyası təşkil etdilər.

Çin Xalq Respublikası Gününə təsadüf edən aksiya Amerikanın paytaxtındakı Linkoln abidəsi önündə keçirilib.

Nümayişçilər əllərində mavi çətirlər gəzdirib və “Soyqırım yoxdur”, “İndi ədalət”, “Uyğurların səsini eşidin” şüarları səsləndiriblər.

Etirazçılar ABŞ hakimiyyətini və beynəlxalq ictimaiyyəti Pekinə təzyiq göstərməyə çağırıblar.

Amerikalı konqresmen Vicki Hartzler etirazçılara müraciət edərək bildirib ki, Amerika şirkətləri Çinin Sincan Uyğur Muxtar Bölgəsi ilə əməkdaşlığı dayandırmalıdır.

Tanınmış vəkil Tom Suozzi də öz növbəsində Uyğur türklərinə var gücü ilə dəstək verdiyini söylədi.

Beynəlxalq Din Azadlığı Komissiyasının üzvü Nuri Türkel də dünya birliyinin Çindəki uyğurların soyqırımına qarşı çıxması lazım olduğunu qeyd etdi.

Uyğur fəalı Rabia Kadir, Uyğur türklərinə dəstək olmaq üçün Konqresə və ABŞ səlahiyyətlilərinə müraciət etdi.

Oxşar aksiya İngiltərənin paytaxtında da baş verdi.

Uyğur türkləri, tibetlilər və Hong Konglular Londonun mərkəzində etiraz aksiyası təşkil etdilər. Etirazçılar Pekinin milli azlıqlara təzyiqini və ÇXR-də insan hüquqlarının pozulmasını pisləyiblər.

Transqafqaz.com