Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı başlayır…

22/03/17 9:13

Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının XİN rəhbərləri səviyyəsində toplantısı keçiriləcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İŞİD qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisi iştirak edəcək.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin bildirdiyinə görə, iclas dövlət katibi Reks Tillersonun sədrliyi ilə baş tutacaq.

Məlumata əsasən, bu, 2014-cü ilin dekabrından bəri İŞİD-ə qarşı beynəlxalq koalisiyasının tam tərkibdə ilk toplantısıdır.

Transqafqaz.com