Venesuelada hərbi hissədə əsgərlərin üsyanı baş verib…

07/08/17 12:06

Venesuelada bir qrup əsgər Valencia şəhərində Nikolas Maduroya qarşı ayağa qalxıb. Hökumət tərəfindən “terrorist hücum” olaraq adlandıran hadisələr nəticəsində əsgərlər həbs edilib.

Venesuelanın şimal qərbində Valencia şəhərindəki hərbi bazada Prezident Nikola Maduroya qarşı üsyan baş verib.

Özlərinə “41-i Briqada” adını verən bir qrup əsgər tərəfindən baş verən qiyamda əsgərlər internet üzərindən də bir video material paylaşıblar.

Videoda, “bu bir qiyamçı deyil,konstitusiyanı qorumaq istəyən nizamı təmin etmək üçün keçirilən dinc bir hərəkətdir” fikirlərini səsləndiriblər.

Hökumət tərəfindən “terror hücumu” olaraq adlandıran bu hadisə ətrafında şahidlərin sözlərinə görə gecə boyu bölgədən silah səsləri eşidildiyini bildirilib.

Venesuelada Maduro hökumətinə qarşı aprelin əvvəlindən bu yana davam edən etirazlarda ən az 115 nəfər həyatını itirmiş, 1500 nəfər yaralanmış, 500-dən çox etirazçı və hökumət əleyhdarı həbs olunmuşdu.

Transqafqaz.com