Yeni il qabağı Londonda, xüsusən də İngiltərə siyasətinin qəlbi olan bol sulu Temza çayı sahilində yerləşən Vestminster sarayınının əzəmətini görmək bir başqa aləmdir. Sarayın önündə Vinston Çörçellin olduğu kimi sağ yanına əyilən heykəli çox mətləblərə işarət edir.
Vestminster sarayı XI yüzillikdə (1094-cü ildə) Kral I Edvard zamanında inşa edilib. Sonrakı əsrlərdə saray dəfərlərlə genişləndirilmiş, dəyişdirilmişdir. XIII əsrdə İngiltərə Parlamenti ilk dəfə bu sarayda olmuşdur. XVI əsrdə VIII Henri zamanı saraydan kral ailəsi çıxarılaraq Parlament binasına çevrilmişdir. Tarixin müxtəlif dönəmlərində saray dəfələrlə yanğınlara məruz qalmışdır. XIX yüzilliyin əvvəllərində bina iki dəfə yanğına məruz qalmış və saray böyük zərər görmüşdür. Memar Çarles Barry və Avqust Pugin Big Ben tərəfindən indiki əzəməti ilə inşa edilmiş, 1100 otaqdan və 4,8 km uzunluğunda kolidordan ibarət əzəmətli bir saray kimi dünya mədəni irsinə daxil edilmişdir. I və II dünya savaşlarında binaya zərə dəymişdir.Vestminster Sarayı həm tarixi, həm siyasi əhəmiyyətə sahib olduğu üçün ziyarətçilərə açıq bir yerdir. İnsanlar Parlament içlaslarını oturub izləyə bilirlər. Və.s b
Qələndər Muxtarlı
-Trafalqar meydanı.