Məlum olduğu kimi, noyabr ayı üçün Qarabağ əlillərinin pensiya və Prezident təqaüdləri, müharibə veteranlarının noyabr ayı üçün 50 manatlıq müavinətləri gecikdirildi. Qarabağ əlillərinin pensiya və Prezident təqaüdləri ödənilsə də müharibə veteranlarının 50 manatlıq müavinətləri hələ də tam ödənilməyib. Bu da veteranlar arasında haqlı narahatçılığı səbəb oldu.
QAZİLER.AZ saytının əldə etdiyi məlumatlara görə, veteranların müavinəti dekabrın 5-dək tam ödənilib qurtaracaq. Saytın araşdırması zamanı o da məlum olub ki, bu gecikməyə səbəb Maliyyə Nazirliyidir.