Viktoriya və Albert müzeyi (Victoria and Albert Museum) Qısadılmış adı V&A halında yazılır. Adını Prins Albert və Kraliça Viktroriyadan götürüb. Londonun Kensington bölgəsində yerləşir. Müzey 1852 ci ildə yaradılıb və açılışı da həmin ildən başlanıb. 145 zalı, 51.000 m2 -lik bir sahəni əhatə edir. 5 min illik tarixə məxsus qədim eksponatdan tutmuş 4 milyondan çox sərgi nümunələri vardır. Bütün dünya ölkələrinin tarixi mədəniyyətini əks etdirən əşyalar, müxtəlif kostyumlar, zinət əşyaları, çap məhsulları, mebellər və s. eksponatlar öz gözəlliyi ilə muzeyi ziyarət edənlərin sayını daha da artırır. Müzeylə tanışlıq üçün ən azı 2-3 saat vaxt ayırmaq lazım gəlir.
Azərbaycan maddi mədəniyyət nümunələrinə Müzeyin çiddi bir yerində yer ayırmaları yaxı hal olsada Azərbaycan adına deyil İran mədəniyyətinin nümunələri kimitəqdim edilməsiməni çox üzdü. Bu məsələ dövlətimizin indi həll edə biləcəyi bir məsələdir. Azərbaycana aid ən qədim sənət əsəri 1319-cu ilə aid bürünc camdır. Müzeydə nümayiş etdirilən ən gözəl xalça da Azərbaycana məxsusdur. 1539-cu ildə Sah Təhmasib tərəfindən Ərdəbil məscidi üçün sifariş edilən və Təbrizdə toxunmuş “Seyx Səfi ” xalısıdır. Qacarlar dövrünə dair xeyli maddi-mədəniyyət nümunələri mövcuddur.
Qələndər Muxtarlı