Viladimr Putin orduya silahlandırma təlimatı verib…

16/05/17 9:34

Putin, Rusiya Müdafiə və hərbi sənayesi nazirliklərinin rəsmiləri ilə Soçi şəhərində təşkil olunan toplantıda iştirak edib.
Vladimir Putin çıxışında, Rus ordusuna keçən il 5 min 600 yeni nəsil silah və 3 min modernləşdirmə edilən avadanlıqla təchizat təslim edildiyini bildirib.

Ötən il müdafiə sənayesi sahəsindəki sifarişlərin 97 faizinin tamamlanaraq, ordudakı müasir silah və təchizat nisbətinin 58% səviyyəsinə yüksəldildiyini qeyd edən Putin, 2017-ildə bu rəqəmin yüzdə 62-yə çıxarılması göstərişini verib.

Rusiyanın yeni silahlanma proqramı işlərinin başladığını vurğulayan Putin, “Suriyada əldə edilən müharibə təcrübəsi, Arktik bölgəsi ilə qərb və cənub-qərb sərhədlərinin möhkəmləndirilməsinə yaranan ehtiyac, ordunun yenidən silahlandırılması mövzusundakı mövqeyimizi gözdən keçirməyimizi tələb etdi”. deyib…

Könül Hacıyeva