Washington Post müxbiri: “Amerika Orta Şərqi yeni bir atəşə sürükləyir” yazıb…

09/01/17 2:34

Liz Sly “ABŞ, terror təşkilatı deyərək DEAŞLA vuruşur, həm də bir terror təşkilatı olan PYD/YPG-yi dəstəkləyir. Türklərə və Ərəblərə qarşı Kürdləri dəstəkləyərək yeni müharibə zəmini hazırlayır” deyib.

ABŞ-ın aparıcı qəzetlərindən Vaşinqton Postun Orta Şərqdəki görkəmli mütəxəsisi hesab edilən Beyrut Büro Şefi Liz Sly, ABŞ-ın terror təşkilatı PKK-nın Suriya davamı PYD və onun hərbi qolu YPGY-ə yardım etməklə bölgəni sanki yeni bir alova doğru sürüklədiyini ifadə edib. “ABŞ-ın hərbi yardımı, Suriyadakı solçu Kürd milislərin böyük əməllərini bəsləyir” başlıqlı məqalədə Sly, son 2 ildə Amerikan ordusundan “İŞİD-lə mübarizə çərçivəsində” hərbi dəstək və təhsil alan YPGN-nin, Ərəblərin gərgin olduğu bir çox bölgəyə yayıldığını vurğuladı və “ABŞ yardımının PYD-nin regional syasətinə,maraqlarına xidmət etdiyinə” işarə edib. “Kürd döyüşçülərin, ənənəvi olaraq Kürdlərin olduğu yerlərdən çox, Ərəblərin sıxlıqda olduğu bölgələri ələ keçirməsi, sadəcə uzun sürəcək bir etnik düşmənçiliyi deyil, eyni zamanda daha geniş bir münaqişəni qızışdırır”, – deyən Sly, bu siyasətin, NATO müttəfiqi Türkiyə qədər regionda yerli faktorları da ciddi şəkildə narahat etdiyini yazıb.

Transqafqaz.com

Pərvanə Turançı