“Ermənistan Xarici İşlər Nazirliyi yenə 1990-cı ilin yanvarında uydurulmuş qırğınlardan danışır. Ermənilərin qurban verdikləri əfsanələr erməni millətçiliyinin ideoloji əsasını təşkil etmiş və Azərbaycana qarşı ərazi iddialarına səbəb olmuşdur. Münaqişədən sonrakı dövrdə bu cür təbliğat bezdirici və təhlükəlidir”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva öz Tvitter hesabında yazıb.