Xocalı gəmisi istismara verilib 27/05/24 8:02 Posted By: администратор 0 Comment “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ilk “Handysize” tipli gəmini istismara qəbul edib. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq gəmiyə tarixi Azərbaycan torpağı Xocalının adı verilib. “Xocalı” gəmisinin yükgötürmə qabiliyyəti 38 min 593 tondur. Bu, mövcud ASCO yükdaşıyıcılarının daşıma qabiliyyətindən təxminən 8 dəfə çoxdur. Qeyd edək ki, “Xocalı” gəmisinin yükləndikdən sonra ilk səfəri Cənubi Koreyanın Bakpyeon limanından Amerika Birləşmiş Ştatlarının Portlend limanına həyata keçirilir. Beləliklə, “Xocalı” müstəqil Azərbaycanın bayrağı altında Amerika sularına çıxan ilk gəmi olacaq.