Yanvar-sentyabr aylarında Türkiyədən xalça ixracı 2 milyard dolları keçdi

11/10/21 10:41

Türk xalçaları dünyanın 174 ölkəsinə çatdırılır

2021-ci ilin doqquz ayında Türkiyədən xalça ixracatının həcmi keçən ilin eyni dövrünə nisbətən yüzdə 32,3 artaraq 2,341 milyard 17 min dollara çatdı.

Türkiyə İxracatçılar Məclisinin (TİM) nümayəndəsi Salahattin Kaplan, yerli istehsalçıların göstərilən müddətdə 174 ölkəyə məhsul ixrac etdiklərini söylədi.

ABŞ, Avropa və Yaxın Şərq türk xalçalarının aparıcı idxalçıları oldu.

ABŞ-a xalça ixracının həcmi 883 milyon 819 min dollar, İngiltərəyə 125 milyon 858 min dollar, Almaniyaya 117 milyon 94 min dollar təşkil etmişdir.

Salahattin Kaplan’a görə, sektor bu ilin sonuna qədər xalça ixracatını 3 milyard dollara çatdırmağı hədəfləyir.

Transqafqaz.com