YAP Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təklifini irəli sürüb. 20/06/24 8:49 Posted By: администратор 0 Comment Bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Milli Məclisin buraxılması ilə bağlı hakim partiyadan olan MM deputatlarının Azərbaycan Prezidentinə müraciətinə başlanılması barədə yekdil qərar qəbul edilib. Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2024-cü ilin noyabr ayında COP 29 və digər mühüm beynəlxalq tədbirlər zamanı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər keçirilməlidir. “Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili vacibdir. Bundan əlavə, bu müddət ərzində ölkə parlamentinin tam fəaliyyət göstərməsinin mümkünlüyünü də nəzərə almaq lazımdır. Hesab edirik ki, indiki şəraitdə Milli Məclis dövlət maraqlarını ön plana qoyaraq, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.