Yaponiya zəlzələnin vaxtını əvvəlcədən müəyyən etmək üçün “ilk” üzərində çalışmalara başladı..

12/04/17 10:45

Yaponiya Dəniz-Dünya Elmi və Texnologiyası Təşkilatı (JAMSTEC) nəzdindəki beynəlxalq tədqiqatçılar bir vaxtlar imkansız görünən layihəyə start veriblər. JAMSTEC tədqiqatçıları, yer qabığı və nüvə arasında qalan manto qatına çatmaq üçün ilk qazıntıya başlamağa qərar veriblər. İlk çalışmalara Sentyabr ayında Havayi düzənliyində başlayacaqlar.
Əldə edilən tapıntıların zəlzələ ehtimalının bilinməsini xeyli asanlaşdıra biləcək.
Mantiya qatı, Dünya kütləsinin%84ünü yaradır. Sıx və isti metaldan ibarət olan mantiya, yavaşca hərəkət edərək qitələrin sürüşməsinə, vulkanların əmələ gəlməsinə və zəlzələlərə səbəb olur.

Okean üzrə mütəxəsislər az qala 50 ildir ki, yer qabığını dəlməyə çalışsa da bu ana qədər uğur qazana bilməmişdilər.Dərininə enə bilmə ən çox 700 metrədə dirənmişdi.
2020-ci ildə başlaması və Mantiya qisminə keçirilməsi nəzərdə tutulan qazma prosesində Çikyu adındakı açıq dənizdə tədqiqat gəmisindən istifadə ediləcək. Gəmidəki qazma sisteminə aid qurğu ilk növbədə okeanda 4 kilometr dərinliyə enəcək.
Sonra da mantoya çatmaq üçün 6 kilometr boyunca torpağın daha dərin qatlarına enəcəkləri planlaşdırılır.

Layihənin ümumi dəyəri isə təxminən 60 milyard Yen, yəni 600 milyon dollar civarındadır. Petrologiya sahəsində ixtisaslaşan Kanazaşa Universitetinin professoru Susan Umino, layihənin maliyyə mənbəyi bağlı məsələlərin həll edilməsi üçün artıq müəyyən işlər həll olunduğunu bildirib.
DÜNYANIN MƏRKƏZİNDƏKİ SİRLİ MADDƏ TAPILDI! BURADA TEMPERATUR 2426 DƏRƏCƏ! Dünyadan 40 işıq ili, yəni 10 tr.
Zəlzələnin əvvəlcədən təxmin edilərək can tələfatının da qarşısının alınmasına yönəlik işlərdə cığır açacaq layihənin nəticəsi maraqla gözlənilir. Bu ana qədər ən erkən zəlzələ xəbərdarlıq sistemi, ən çox 1 dəqiqə əvvələ qədər proqnozda göstərirdi.
ABŞ-ın Kaliforniya Ştatında qurulmuş sistem yaxın zamanda 38 milyon dollar investisiyayla Oreqon və Vaşinqtona da qurulmuşdu. Sistemin illik baxım və əməliyyat xərci isə 16 milyon dollar idi.
Transqafqaz.com
Kamal Əsəd