Yasəmən Qaraqoyunlu, Hindistanda Türk Dövlətləri – Hindistanda Türk izləri

19/12/19 3:08

M. Qandiyə görə “Hindistan bir anadır. Onun iki uşağı vardır. Bunların biri Türklər, digəri isə Hindlilərdir”. Güney Asiyada üç əsas yarımada vardır. Bunlar: Ərəbistan, Hindistan və Hind – Çin’dir. Bu üç bölgə dünya tarixi cəhətdən hər zaman vacibliyini qorumuşdur. Ərəbistanda yaranan İslam bütün dünyaya yayılmış və Hindistanda Budda’nın sözləri geniş bir kütləni təsirinə almışdır.

Hindistan qərblilərin İndia’sıdır. İran – Əfqanıstan və Hindistan dünya ticarəti baxımınan önəmli mərkəzlərdir. Bununla bağlı olaraq qərblilər Hindistanı kəşf etmək uğrunda çox mübarizə aparmışlar. Atlantik ölkələri olaraq tanınan Fransa, Hollandiya, İngiltərı, Portuqaliya ve İspaniya tanınmış dənizçiilərini bu əsrarəngiz ülkəni kəşfə göndərmişdilər. Hətta X. Kolomb Hindistan üçün çıxdığı kəşf hərəkətində Amerikanı tapmışdır. Burada qarşılaşdıqları insanlara isə Hindistan – Hindu anlamına gələn İndian deyiblər. İndian dedikləri bu insanlar əslində Qızıldərililər idi.

Hindlilərin Türklərlə əlaqələri çox qədim tarixə əsaslanır. E.ə. 1000’-ci illərdə Hintdilər dəmirin istifadəsinə başlayırlar. Hindistana o vaxtlar dəmiri Orta Asiya Türklərinin gətirdiği istiqamətində məlumatlar mövcuddur. Hətta Hindistandaki yerli dillərdə bir çox Türkçə kəlmələr vardır. Bunların E.ə. 2500-1500-cu illər arasında yayılmış ola biləcəyi istiqamətində fikirlər təbliğ edilmişdir.

Hindistana en çox təsir edən topluluq Türklerdir. Türklərdən əvvəl isə Farsların məşhur sərkərdəsi Dara (E.ə. 522-486) bölgəyə hakim olmuşdur. Daranın hakimiyyətini Makedoniyalı Böyük İsgəndər sona çatdırmışdır. Makedoniyadan çıxdığı səfərini Qüdsdə və İranda davam etdirmişdir. İranda qədim Persopol şəhərini yerlə bir edərək Farsların hakimiyətinə son qoymuş, oradan da davam edərək Əfqanıstan ve İndus (Hindistan) sahillərinə enmiş, razılaşmalara əsasən geri qayıtmışdır. Bu səfərində şərq-qərb birliyini təmin etmək üçün də Helenizmi yayma siyasətini aparmışdır.

VI əsrə qədər bu bölgədə əsas əhalisi Kuşanlardır. Onlar Türküstan kökənlidirlər. Bu dövr heykəllərində Türk süvarilərə aid geyim və pullar üzərində Türkcə “gözel” anlamına gələn “Kucula” kimi adlar vardır (Kuşan dövrü I- IV əsrlər). Hətta Budizm Kuşanlar sayəsində dünyəvi bir din halina gəlmişdir. Tamamilə Türk adı olan MANAS sözü də bu dövrdə Brahmaputra çayının bir qoluna ad olaraq verilmişdir.

Daha sonra Ağ hunlar (Eftalitlər) dövrü gəlir. Ağ hunlar daha sonralar Qəznəvilər, Gurlular, Teymurilərin də etdiyi kimi Əfqanıstanı Hindistanla birləşdirən ərazidə yerləşən Qəznə şəhərindən hərəkət edərək Orta Asiyadan daha sərfəli olan və daha çox yağıntı düşən Pəncab bölgəsinə tərəf axınlar etmişdilər. Toeman və daha sonra Mihraqulu xanın başçılığı ilə (515-550) Quzey Hindistanı tamamilə ələ keçirirlər.

557-ci ildə Qərbi Göytürk və Sasani ittifaqı nəticəsində Əfqanıstanda iqtidarı itirən Ağ hunlar Hindistanda da geriləməyə başlayırlar. VII əsrin başlanğıcında isə Hindli racələr tərəfindən süquta uğradılırlar. Beləcə İran – Əfqanıstan və Quzey Hindistandan keçən ticarət yolu Ağ hunların əlinden çıxır. Ancaq burada bir qrup Türk 870-ci ilə qədər Əfqanıstan – Hindistan sərhəddindəki Ohintde varlıqlarını davam etdirirlər. Daha sonralar onlar Mahmud Qəznəvinin Hind səfərlərində əsas rol oynayırlar. Həm Hindistanda qurulacaq Türk hakimiyyəti üçün təməl təşkil edirlər, həm də bu günkü Pakistanın ortaya çıxmasını təmin edirlər.

X-XI əsrlərdə Hindistanda yenidən Türklerin dövrü başlayır. Əfqanıstanın Qəznə bölgəsində yerləşən Səbuk Tigin şimal-qərbi Hindistanı ələ keçirir. Daha sonra Mahmud Qəznəvi fəthini sürətləndirərək 15dən çox səfərlə Hindistanda Türk gücünü yayır. Qəznəliler 1040-ci ildə Selcuqlara məğlub olaraq Hindistandakı hakimiyyətini itirirlər. Ancaq XII əsrin sonlarına qədər Pəncab bölgəsində hakimiyyətlərini davam etdirirlər.

Qəznəvilərdən sonralar Əfqanıstan vı Hindistan bölgəsində Gurlular hakim olurlar. Gurlular, Əfqanıstanın Gur bölgəsinə yerləşərək oradan Hindistana doğru axınlar edirlər. XIII əsrdə Cüzcani tərəfindən yazılan Tabakat-i Nasiri’də Gurluların böyük sultanı Məhəmməd B. Sam`ın Haybər’i keçərək Qəznəlilərin qalıqlarına son verib İndus və Pəncaba qədər endiyi yazılıdır. Gurlu Sultanı Muhammed B. Sam’ın oğlu yoxdur. Varis olaraq “Mənim bir çox oğlum var, onlar da Türk Memlüklərimdir. Onun üçün minlərcə xələfim vardır” deyə ifadə edib. Cüzcaniyə görə Mu’izzi Məmlüklar, Qütbəddin Aybek, Nasirəddin Qabaca, Bahəddinin Tuğrul, Tacəddin Ulduz və İxtiyarəddin Məhəmməddir. Ulduz və Aybək Samın yeznəsidir. Bunlarla Sam 1206-ci ildə sui-qəst nəticəsində ölənə qədər Qəznə, Lahor, Köhnə Dehli və Hindistanda Türk hakimiyyətini etdirmişdir.

Dehlidə ilk TÜRK SULTANLIĞI AYBƏK sayəsində quruldu. Hindistanda Türk – İslam mədəniyyətinin və mirasının təməlləri atıldı (Quzey – Batı Hindistan 1206 – 1210-cu illər). Alimlərə qarşı son dərəcə diqqətcil olan Aybək Türk adətlərinə sıx bağlı idi. Çögen – Çovdan oyununda atından yıxılaraq ölən Aybəkin ən əsas əsəri Dehlinin ortasında inşa etdirdiyi QÜTB MİNAR abidəsi idi.

Bundan sonra Qıpçaq əsilli Türklərdən Şəməsiler ( 1211-1266 ), Balabanlılar ( 1266-1290 ), Kalaçlar (1290-1320 ), Tuğlaqilər (1320-1414) səltənət qurmuşlar. Şəməsilər Şəmsəddin Eltutmuş, Balabanlılar Balaban, Kalaçlar (24 Oğuz boyundan biridir) Məlik Tınaz Şah başçılığı altında Hindistana böyük xidmətlər göstərmişlər. Kalaçlar qızıl dövrünü Əlaəddin Məhəmmədin dövründə yaşamışdılar. Bütün Hindistan, Seylan daxil olmaqlar Dehliye barləşdirildi.

Tuğluqilərdəki ən əsas dövrlərdən biri Firuz Şahın dövrüdür. 1388-ci ildə 83 yaşında ölən Firuz Şah hər işində alimlərlə məsləhətləşdi, xarici səfərlərdən çox daxili işlərlə məşğul oldu. İqtisadi sahədə də böyük işlər gördü. 1398-ci ildə Teymur Xanın Hindistana girməsi ilə Dehli Sultanı Məd Şahı məğlub edildi. Dehli Teymurun əlinə keçdi. 1399-cu ildə Teymurun Türküstana geri qayıtmasından sonra Mahmud Şah yenidən hakimiyyətə gəldi ve 1413-cu ilə qədər hökmdarlığını davam etdirdi. Firuz Şah dövründə 50 suvarma bəndi, 40 məscid, 30 mədrəsə, 20 hamam, 100 kərvansara və saray, 5 darüşşəfa, 100 türbə və məzar, 150 suvarma quyusu və hovuz, 100 körpü inşa etdirilmişdir.

Tuğlaqilərdən sonra Müsəlman mənşıli Seyidilər (1414-1451), Lodiler (1451-1489), Suri/Əfqanlılar (1540-1555) Dehlidə iqtidar oldular.

1526-c ildə ise Hindistanda yeni bir dövr başladı. Babürün liderliyində Dehli iqtidarına yenidən Türklər keçdi. 1858-ci ilə qədər Quzey Hindistanda iqtidarda qalan bu xanədanın atası Babur Şah Moğollardan bəhs edərkən: “Bu uğursuz Moğol yağmacıdır. Yağmalayacaq birilərini tapa bilməzsə dönər öz millətini yağmalayar” deyəcək qədər özünü Moğoldan ayırmasına, Türkcə danışıb, Türk mədəniyyətini təmsil etməsinə rəğmən; qərbli yazarlar, Babürü və Babürlüləri Moğol adlandırmışlar. Babür Türk İmparatorluğu Babür Şah ilə başlamış və Hümayun, Əkbər, Cahangir, Şah Cahan və Əvrəngzib Şah ilə devam etmiştir. Bugün Hindistandakə tarixi əsərlərin böyük əksəriyyəti Babürlər dövrünə aiddir.

Hindilər qonşularının torpaqlarını ələ keçirmə düşünceəsində heç bir zaman olmadılar. Adətən quzey-batıdan hücumlara məruz qaldılar və bundan da mədəniyyətləri təsirləndi. Gələnlərin ən əsası Türklər idi. İndo – Turcica işlərinə əsaslanaraq verilən məlumalara görə, E.ə.II əsrdən etibarən Türklər Hindistanda böyük rol oynamağa başlayırlar. Bununla əlaqədar olaraq, bu gün Hindistanda sənət, müsiqi, rəsm kimii sahələrin yanında idərədə də Türk təsirlərini görə bilərsiniz