Yasəmən Qaraqoyunlu:2015-ci il Qərbi Azərbaycan ili elan olunsun

29/08/21 12:20

Məqalə 12.12.2014-ci il tarixində yazılmışdır

Rusiya və Ermənilərin Qərbi Azərbaycanda (İrəvan mahalı) Türklərə qarşı 100 ildir apardıqları Etnik Təmizləmə və Soyqırım siyasəti 1988-ci ildə başa çatdı. Qərbi Azərbaycan yerli türklərdən təmizləndi və Qərbi Azərbaycanda monoetnik Erməni dövləti quruldu. Azərbaycan-Ermənistan müharibəsində Azərbaycanın məglub olması və 20 faiz torpaqlarının işgalı müvəqqəti olaraq Qərbi Azərbaycan problem ilə ilgilənməyi “arxa plana” saldı. 1988-ci ildən indiyə kimi keçən dövr ərzində Qərbi Azərbaycanla baglı Hökümətin, müxalifətin, toplumun, medyanın heç bir proqramı, siyasəti formalaşmamışdır,Hətta Azərbaycanda daxili siyasi hakimiyyət ugrunda mübarizələrdə və hakimiyyətdaxili qruplararası rəqabətlərdə,eyni zamanda müxalifətin müəyyənləşməsində Qərbi Azərbaycanlı faktorunun təsiredici rolu və bu rolun zərərsizləşdirilməsi yönümündəki alternativ fəaliyyətlər Qərbi Azərbaycan probleminin müzakirəsinə,problemə milli maraqlar kontekstində konseptual yanaşılmasına mane olunmuşdur. Bilərəkdən hansısa güclər Qərbi Azərbaycanlılarla “gəlmələrlə yerlilərin” daxili mübarizəsini körükləmişdir. Və bütün bunlara baglı olaraq Qərbi Azərbaycan problemindən,onun həlli mexanizmlərinin axtarılmasından,problemin ictimai müzakirəyə çıxarılmasından “qaçılmışdır”. Müəyyən güclər hətta Qərbi Azrbaycanlıların qurduqları təşkilatların dagıdılmasına ,onların Qərbi Azərbaycana qayıdış hərəkatlarını bogmaga,fəallarını həbs etməyə,səslərini batırmaga çalışmaqdadır. Qərbi Azərbaycan problemi zorla bastırılmaqda,Qarabaq problemi gündəmdə tutulmaqdadır. (Halbuki bu iki məsələ əslində bir-birinə baglı eyni problemdir və kompleks yanaşma tələb edir. Ermənistanlı-qarabaglı ayrımı yoxdur, türk-erməni ayırımı, savaşı var. Bu məsələni bu şəkildə sosial şüurda mənimsəməsək bu müharibədə qalib gələ bilmərik). Bunun da bir səbəbi var. Qərbi azərbaycanlılar hakimiyyət ugrunda mübarizələrdə siyasi eloktorat kimi məhz burda Azərbaycanda hansısa partiyalara,siyasətçilərə lazımdır və Onların Ermənistana qayıdış hərəkatları onların adlarından istifadə edən bir faiz klançı,mafioz güclərin sonu demək olardı.

Qərbi Azərbaycan problemindən “qaçışın “digər səbəbi isə budur ki, Qərbi Azərbaycan məsələsi ilə məşgul olan təşkilat və şəxslər problemin qoyuluş fəlsəfəsində Siyasi- strateji yanlışlıga yol verirlər.Qərbi Azərbaycan problemini Bütöv Azərbaycan probleminin tərkib hissəsi kimi yox, “Ermənistanlı”, “Klan” problemi kimi təblig edirlər.Nəticədə bütün cəmiyyət qorunmaq üçün özünü bu Klan mübarizəsindən təcrid edir. Bəs nə etməli?

Ermənilər “2015-ci ildə Erməni Soyqırımının” 100 illiyinə hazırlaşırlar.Məqsəd Qarabag danışıqlarının Ermənistanın xeyrinə getməsinə nail olmaq, Naxçıvan və Qars-iqdır bölgəsinin Ermənistana birləşdirilməsinin beynəlxalq ictimai rəydə alt yapısını hazırlamaq və bu ərazilərin gələcəkdə işgal edilməsi üçün ikinci cəbhəni açmaqdır. Ermənilərin bu siyasətinə alternativ siyasət müəyyənləşdirmək məqsədilə Ermənistandan etnik təmizləməyə məruz qalmış Türklərin Ermənistana qayıdış hərəkatını gücləndirmək, Qərbi Azərbaycan problemini gündəmə gətirmək vacibdir. Bu məqsədlə:

1.Hökümətin Qərbi Azərbaycan Probleminin həlli ilə baglı siyasi-hərbi-strateji proqramı olmalıdır.

Bu proqramda – Qərbi azərbaycanın tarixi Türk torpagı olması; Yerli Türklərin Rus-Erməni birləşməsi tərəfindən Etnik təmizləmə və Soyqırıma ugradılması nəticəsində Ermənistan dövlətinin qurulması; bu torpaqların yenidən Azərbaycana birləşdirilməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıdışı öz əksini tapmalıdır.Qərbi Azərbaycanın Erməni işgalından azad edilməsi və Azərbaycana birləşdirilməsi zərurəti dünya ictimai rəyində qəbul etdirilməlidir.Bu məqsədlə AMEA, DAK, Diaspor Komitəsi, Mediya, QHT strukturları səfərbər olunmalıdır. AMEA bu mübarizənin elmi təbligat-təşviqat işini yerinə yetirməlidir.

2.Qərbi Azərbaycan problem ilə baglı xüsusi informasiya siyasəti hazırlanmalı,tədqiqatçılar jurnalistlər səfərbər olaraq bu siyasəti həyata keçirməlidirlər.

3.Qərbi azərbaycan probleminin beynəlxalq problemə çevrilməsinə nail olunmalıdır.Bu məqsədlə Dövlət səviyyəsində ABŞ,Avropa,Rusiya, Yaponiya. Hindistan və s ölkələrdə beynəlxalq elmi-siyasi konfranslar keçirilməli, dünyadakı bütün Azərbaycanşünas, Ermənişünas alimlərin, tədqiqatçıların, yurnalistlərin, diplomatların,,millət vkillərinin,yazarların,rəssamların konfransa qatılmaları təmin olunmalı,Ermənilərin Qərbi azərbaycanı işgal etdikləri sübut olunmalıdır.

4.Beynəlxalq təşkilatlarda-BMT,Avropa Şurası,İKT,GÜAM,Avropa Parlamenti, müxtəlif ölkələrin Parlamentlərində, ABŞ konqresində Qərbi Azərbaycanla baglı dinləmələr, müzakirələr təşkil edilməlidir.

5.Qərbi Azərbaycan Mühacir Höküməti yaradılmalı, bu hökümət problemlə baglı beynəlxalq müzakirələr aparmalı, Qərbi Azərbaycana Qayıdış hərəkatına rəhbərlik etməlidir.

6.Qərbi Azərbaycanlılar təşkilatlanmalı,bu təşkilatlar arasında əlaqələndirmə şurası yaranmalı,vahid strateji xətt müəyyən olunmalıdır.

7.Qərbi Azərbaycan İnformasiya agentliyi və TV fəaliyyət göstərməlidir.

8.Əslən Qərbi Azərbaycandan olan Ermənistan vətəndaşları Siyahıya alınmalı, və onlar Ermənistana ərazi iddiası irəli sürmələri təmin edilməlidir.

9.Ermənistan Vətəndaşları olan türklər Ermənistana Qayıtmalı,Ermənistanda öz partiyalarını,parlament fraksiyalarını,medyasını qurmalıdırlar.Ermənistan iki dilli(Türk-erməni) iki xalqlı dövlətə çevrilməlidir.

10.Qarabagla baglı gedən beynəlxalq danışıqlarda Qərbi azərbaycanlılar Tərəf kimi iştirak etməli,Qarabagda Ermənilərə hansı status veriləcəksə, Ermənistanda Azərbaycanlılara da həmin statusun verilməsi təmin edilməlidir.

11.Qərbi Azərbaycan Probleminin həllində 1919-cu ildə Paris Sülh konfransında Əlimərdan bəy Topçubaşovun təqdim etdiyi MOMERANDUM hüquqi sənəd kimi əsas götürülməlidir.

Tarixdə bir cox xalqlar müharibədə uduzmuş torpaqlarını dövlətlərini itirmişlər.lakin yenidən güclənərək səfərbər olunaraq işgal olunmuş torpaqları geri qaytarmışlar. Ardıcıl,məqsədyönlü,planlı fəaliyyət göstərsək əmin olun ki,Qərbi Azərbaycan Bütöv Azərbaycana birləşəcək bir gün.Əsas odur ki, orda. O torpaqlarda bu birləşməni təmin edən türk olsun, Türk yaşasın.

Yasəmən Qaraqoyunlu