(Bu yazımı birlikdə yürüdüyüm əziz dostlarıma ünvanlayıram. Nəsib Nəsibli, Sabir Rüstəmxanlı, Firudun Cəlilov, Əli Şamil, Şener Güdekli, Babek Cavanşir, Seyfəddin Altaylı, Paşa Həsənli, Mübariz Süleymanlı, Ramiz Əsgər, Rüfət Muradlı, Abil Babaoğlu, Əli Mustafa, Qələndər Muxtarlı, Odər Kutlu Ər, Dilqam Əhməd, Sevil İrəvanlı, Nazim Cəfərsoy, Xətai Allahverdiyev, Qafar Çaxmaqlı, Aqil Səmədbəyli, Zahir Əlisoy, Əziz Ələkbərli, Telman Nüsrətoğlu)
-Azərbaycan Türk dövlətidir. Azərbaycanda yaşayan əhalunin 92 faizi türkdür. Biz Türkük. Dilimiz Türk dilidir, millətimiz Türk millətidir dedik
-Azərbaycan-Türkiyə konfederasyonu qurulmalıdır dedik.
-Türküstan-Anadolu birliyi Azərbaycanla mümkün olacaqdır. Azərbaycan Turanın coğrafi, kültürəl, ideoloji mırkəzidir, körpüdür, bu körpünü sağlam tutmalıyıq, bir mərkəz ölkə kimi Turan coğrafiyasını-Türk Millətini bəsləyən, gücləndirən sosial-fəlsəfi-kültürəl-ideoloji misyonumuzun olduğunun farkında olmalıyıq, bu misyonu ləyaqətlə yerinə yetirməliyik. Gələcəyin inşasında Turan coğrafiyasında çatlaq bölgə və çatlaq səs olmayaq, mərkəz olaq dedik. Məzhəblərə, bölücü görüşlərə əyilməyək, məzhəb üstü birləşdirici görüşlərlə gələcəyimizi quraq dedik. Hər şey-siyasət, mədəniyyət, din, ideologiya Türk birliyinə xidmət etsin dedik.
-Türkiyə Hərbi bazaları Azərbaycanda yerləşməlidir dedik. Türkiyə -Azərbaycan ortaq hərbi-strateji -təhlükəsizlik platforması, konsepti olmalıdır dedik.
-Azərbaycan-Türkiyə-Pakistan strateji bloku qurulmalıdır dedik.
-Avropa Birliyi modelində Türk Dövlətlər Birliyi qurulmalıdır dedik.
– Turan ordusu qurulmalıdır. Ortaq dil, tarix hafizəsi, kollektiv şüur, təhsil proqramı, iqtisadiyyat, gömrük, insan tipi yaradılmalıdır dedik.
-bu gün Ermənistan adlanan Azərbaycanın qərb bölgəsindən köçürülmüş türklər-Qərbi azərbaycanlılar öz torpaqlarına, İrəvana, Göyçəyə, Zəngəzura, Qaraqoyunluya qayıtmalıdır, qayıdışın dövlət konsepsiyası, stratejisi olmalıdır dedik. İrəvan bölgəsinin gerçək sahibləri-Türklər İrəvana qayıtdıqdan sonra, zamanla, Ermənistanın taleyini çözəcəkdir dedik.
-İran, son min ildə olduğu kimi yenidən bir Türk dövləti olmalıdır dedik. İrandakı türklük gücləndirilməlidir, təşkilatlandırılmalıdır dedik, gələcəkdə Türkiyə-İran-Qafqaz Türklərinin birliyi qurulacaqdır. Bu birlikdən 130 milyonluq bir güc doğulacaqdır dedik. Təkcə demədik, ömrümüzü bu davalara, stratejilərə adadıq, çox işlər gördük. Görürük.
Bunların bir çoxu gözümüzün önündəcə gerçəkləşir və yaxın, orta və uzun vədələrdə gerçəkləşəcək.
Ömrüm boyunca dövlət və millət üçün çalışdım. Heç bir şəxsə, qrupa, gücə əyilmədim. Bütün kürsülərdən millətin sözünü dedim, nə iqtidarına, nə müxalifətinə çalışmadım. Millətə çalışdım və bu çalışmalarımda ölkəmin bütün işıqlı insanları ilə ortaq çalışdım. Bu fəaliyyətləri edərkən çox hücumlara, iftiralara məruz qaldıq. Olsun. Türkün düşmanı yoxsa əgər, demək ki, heç nə etməmişdir.
Bu çalışmalarımız sürəcində Azərbaycandakı Opponentlər, düşmənlər bizi “konstitusiyaya zidd çağırışlar edən”, “dövlət əleyhinə çağırış edən”, “azlıqların hüquqlarını pozan” şəxs kimi hüquqi məsuliyyətə cəlb etməyə, dava açmağa çağırışlar etdilər.
Hər tərəfdən, sağdan-soldan basqılar üzərimizə gəldi. Türk demə. Türk demə, sus dedilər. Susmadım. Türkü dirildib ayaq üstə qoysaq, bu coğrafiyada bütün sorunlar çözüləcəkdir inancındayam. Mən Türkü tanıyıram, Türkə güvənirəm. O tarixin axarını dəyişəcəkdir, dünyaya nizam gətirəcəkdir.
Bir opponentimiz var. Fuad Jalilov. Haqqımızda “Azərbaycan konstitusiyasını pozmağa çağırış edən şəxs” kimi sosial şəbəkələrdə təbliğat aparır. Adam İran-Fars mədəniyyətinin böyüklüyündən, qədimliyindən dəm vurur.
Əvvəllər haqqımızda “Şiə düşməni”, “Talış düşməni”, “azlıqların hüququnu pozan şəxs”, “kürd”, “erməni” kimi təbliğatlar aparılırdısa, indi “dövlət əleyhinə çağırış edən şəxs” kimi təbliğatlar qururlar. Yəni iddia edirlər ki, Azərbaycan Dövlətinə Türk dövləti deməyim dövlətin əleyhinəymiş, çünki əslində Azərbaycan dövləti türk dövləti deyilmiş, çox millətli dövlət imiş.
Sadəcə bu deyil. Türkiyə -Azərbaycan birliyinin qarşısını almağa çalışan güclər sosial şəbəkələrdə təbliğat aparırlar ki, Türkiyədə elmi-texniki tərəqqi yoxdur, din dövlətidir, təriqət dövlətidir, mədəni-intellektual səviyyəsi yüksək deyil, Türkiyə Azərbaycanı Osmanlı qaranlığına göməcəkdir, avtoritardır və.s quramalarla bu birliyin önünü almağa çalışırlar. Hamsı düşmən təbliğatıdır.
Türkiyə və Azərbaycan , TDT hamsı birlikdə yüksələcəklər.
Bu opponentimə yazdığım kiçik bir cavabımı buradan paylaşıram.
Bu günlərdə haqqımda “konstitusiyaya zidd çağırışlar edən şəxs” obrazı yaratmaqla məşğul olan qüvvələr yenidən fəallaşıb. Yəni mənim Azərbaycan dili yox-Türk dili, Azərbaycanlı milləti yox -Türk milləti çağırışlarımı konstitusiyaya zidd hesab edirlər.
Məcbur qalıb opponentimə yazdığım cavabı sizinlə də paylaşıram.
Fuad Jaliloff mən yaxın çağ üçün Türkiyə -Azərbaycan konfederasyonunu dəstəkləyirəm. Konfederasiyada hər iki dövlət öz müstəqilliyini qoruyur. Ortaq maraqlar ətrafında birləşir. Orta çağda Türkiyə-İran-Azərbaycan konfederasiyasını dəstəkləyirəm. Bir az zamanla Ermənistan (qərbi Azərbaycanın yerli türkləri qayıtdıqdan sonra) da bura qoşula bilər. Bu konfederasyon sürəcıərinin sonucunda elə bir inteqrasiya prosesi baş verəcək ki, İran-Türkiyə-Qafqaz türklərinin birliyi yaranacaq. 130 milyon güc. Bir millət. Bir dövlət. Bu dövlətin əleyhinə olan proses deyil. Konstitusiyaya da zidd deyil. Əksinə, bu dövləti gücləndirən faktdır, hökümət də, İlham Əliyev də bu prosesə dəstək verir artıq. Bu Türkiyə-Azərbaycan dərin dövlət ağlının stratejisidir. Bu gözəl bir gələcəkdir. Siz də bir talış kimi bu gözəl gələcəyin içində xoşbəxt olacaqsınız.
Sizin çox narahat olduğunuzun fərqindəyəm. Böyük türk dənizinin içində Türk millətinin yaradıb yoğurduğu mədəniyyət, strateji, təhlükəsizlik sisteminin içində necə yaşayacağınızdan narahatsınız. Sizə izah edim. Sakaların, Albanların, Səlçukluların, Elxanlıların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Avşarların, Qacarların, AXC-nin içində necə yaşamışdınızsa elə yaşayacaqsınız. Təkcə siz talışlar yox, elə farslar da. Qəznəvi sarayında 400 fars-tacik şairi Sultan Mahmud Qəznəvidən maaş alırdı. Bilməmiş olmazsan. Bütün türk krallıqlarında fars dili də türk dili ilə bərabər dövlət dili olmuşdur. Biz dövlətin sahibi ola-ola tarix boyu təbəələrimizlə, bizim coğrafiyamızda yaşayan xalqlarla eşitlik siyasəti yürütmüşük. Elə bu gün Azərbaycanda da sizin hüququnuz biz türklərdən daha çoxdur.
Sizlərin çoxdandır ictimai rəydə Yasəmən Qaraqoyunlunu “hüquqa zidd çağırışlar yapan” biri kimi təbliğ etdiyinizi, hüquqla həbs edilməsi gərəkdiyini, türk dediyi üçün guya az saylı xalqların hüquqlarını pozduğunu təbliğ etdiyinizi bilirik. İllərdir ki, Azərbaycanda bu təbliğatla məşğul olursunuz. Yasəmən Qaraqoyunlu türk dediyi üçün “talış düşmanıymış”. Sizcə bu saxta ittiham deyilmi? Bu saçmalıq deyilmi? Azərbaycanda türklər əhalinin 92 faizini təşkil edir. Azərbaycan bir türk dövlətidir. Azərbaycanın da, Qafqazın da, Orta doğunun da kültürəl çöhrəsini, jeopolitiyini, stratejisini tarix boyu türklər bəlirləmişdir. Keçmişdə də, indi də bu həmişə belə olmuşdur. Yasəmən Qaraqoyunlu yaxşı bilir ki, türksüz Azərbaycan Rusiya və İran-fars projesidir. Azərbaycan türkləştikcə, öz kimliyinə sahib çıxdıqca, İrandakı fars hakimiyyəti də bitəcəkdir. Bir qrup azlıqda olan fars İrandakı qurucu dominant çoxluq olan türkə egemen ola bilməz. Mümkün deyil. Yasəmən Qaraqoyunlu təkcə Azərbaycanı yox, Turan və İran, Qafqaz coğrafiyalarının dəyişdirilməsinə çağırış edir. Əmin ol. Türk milləti öz kökünə qayıtdıqca, Türkləşdikcə yenidən bu coörafiyaların sahibinə çevriləcəkdir. Sən isə heç səmimi Azərbaycançı, dövlətçi belə deyilsən. Dövlətçi olsaydın bilərdin ki, Azərbaycanla Türkiyəni quran millət eyni millətdir. Bir millət iki dövlətik. Bu iki dövlət müttəfiq olmalıdır ki, Azərbaycan yüksələ bilsin. Mən güclü Azərbaycan istəyirəm. Güclü Azərbaycan Türkləşmiş Azərbaycandır. Sən isə Rusiya periferiyasında türksüz zəif Azərbaycan istəyirsən. Sən İran-Fars sisteminin İranda qalmasını istəyirsən. Mən isə İranın da bir türk dövləti olacağına inananlardanam. Mənim görüşlərim, çağırışlarım Azərbaycanın, dövlətin əleyhinə deyil, sənin çağırışların Azərbaycanın əleyhinədir. Mənim indi etdiyim çağırışları vaxtilə Əhməd Ağaoğlu da etmişdi.
Mən soruşuram ki, Sovet imperiyasının, Stalinin yetişdirdiyi “Azərbaycan dili”ndə danışan “Azərbaycanlı milləti” və İnsan Tipi kimdir? Nə istəyir?
Cavab verirəm ki, Türkiyə ilə Azərbaycan arasında torpaq qırılması Ermənistanla başlayırsa, Düşüncə və Zehniyyət qırılması, etnik və kültür qırılması “azərbaycan dili”ndə danışan “, özünü “azərbaycanlı milləti” adlandıran kəsimlə başlayır. Bu kəsim Türkiyə ilə Türküstan arasında türk millətindən fərqli, xüsusi “azərbaycanlı” identikliyi formalaştırmaqla Türkiyə və Türküstanı kültür, etnik və zehniyyət baxımından bölməyi hədəfləyir. Bu kəsim Ermənistan qədər təhlükəlidir, Türk və Türkiyənin gizli düşmənləridir. Bu kəsimin məqsədi Azərbaycanı Türkiyə və Türküstan arasında türksüz “azərbaycanlı” bufer dövlətinə çevirməkdir. Azərbaycanda SSRİ dönəmində yayınlanmış bütün akademik çalışmaların amacı da bu olmuşdur. Türk kimliyindən uzaqlaştırılmış, qopmuş xüsusi bir “azərbaycanlı” tip formalaştırılmışdır. Bu kəsim Rusiyanın və İranın forpostu olan bir Azərbaycan təsəvvürünə sahibdir. Türk dünyasının qırılma mərkəzi Azərbaycandır. Azərbaycan jeokültürəl baxımından türkləşirsə Turan, türksüzləşirsə(türksüzləştirilirsə) İran olur.
Türksüz Azərbaycan projesi jeokültürəl və jeopolitik, jeostrateji baxımdan bütün Avrasiyadakı dəngələri dəyişdiyi kimi, Türk Azərbaycanı da dəngələri dəyişir. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı, Türkiyə ilə Türküstan arasındakı bütün çatlaqları qapadan yeni siyasi elitaya, yeni baxış acısına, yeni aydın kadrosuna ehtiyac vardır.
Quzey Azərbaycanın Rus-KKB tarixçiliyinin ürətdiyi “Azərbaycanlı milləti” nin Güney Azərbaycanda da xeyli təbliğatçıları vardır. Bunlar Stalinin Quzey Azərbaycan kopyasını Güney Azərbaycanda qurmaq istəyənlərdir. Bu Rusiya yönümlü Azərbaycançıların əksəriyyəti ciddi şəkildə Türkiyə əleyhdarlarıdırlar.
Xəbərdaram, Orda, burda əleyhimə təbliğat aparmaqla məşğuldurlar.
Üzümü onlara tutub deyirəm.
Əziz Güneyli qardaşlarım. Siz niyə Stalinin türksüz Quzey Azərbaycan modelini mənimsəyirsiniz də, M.Ə. Rəsulzadənin qurduğu Türk Azərbaycan Cümhuriyyəti modelini mənimsəmirsiniz.
Rəsulzadənin Cümhuriyyəti Türkiyə ilə müttəfiqlik və strateji birliyi hədəf alan görüşləri təmsil edirdi.
Türkiyə dəstəyi olmadan Güney Azərbaycanın müstəqilliyi mümkünmüdür?
Nəsib Nəsiblinin keçən həftə AMEA da keçirdiyi konfransa gəlincə, hələ çox belə tədbirlər, kinfranslar olacaqdır. Birlikdə edəcəyik, dəstək verəcəyik. Nəsib Nəsiblinin ömrü boyu çalışdığı, yazdığı, əmək və ürək həsr etdiyi bu proses indi dövlətin dəstəklədiyi bir prosesdir. AMEA rəhbərliyinin dəstəklədiyi bir prosesdir. Bu konfrans AMEA -nın rəsmi dəstəklədiyi bir konfransdır.
Zəruri qeyd.
1. Yasəmən Qaraqoyunlu nəinki Azərbaycanın dəyişməsinə çağırış edir, hətta bütün kürəsəl sistemin, dünya siyasi düzəninin dəyişilməsinə çağırış edir. Türksüz bir dünya yoxdur. Olmayacaq.
2. Qərbçi kosmopolitlər, Rusçular, İrançılar Türkiyə -Azərbaycan konfederasyonu ideyalarını, inteqrasiya prosesini önləmək üçün, bir millət iki dövlət, bir millət bir dövlət deyənləri “Azərbaycanı Osmanlı qaranlığına gömmək istəyənlər” adlandırmaqdalar. Götürün kitab oxuyun. Fars-Rus-İngilis-fransız obyektiv tarixçiləri Osmanlıdan necə heyranlıqla yazırlar.
Osmanlı-Türk liderliyində çoxkültürlülüyün-dinlərin, dillərin, mədəniyyətlərin, çox saylı xalqların elə uzlaşımçı vəhdətini yaratmışdı ki, nə bu günkü Amerika, Avropa, Rusiya bu çox kültürlü idarəetməni hələ öz imperatorluqlarında reallaştıra bilməmişlər. Osmanlı öz çağının ən güclü mədəni dövləti olmuşdur. Osmanlı Türk Millətinin qurduğu super gücdür, qürurumuzdur, Türk millətinin şərəf tarixidir. Türkiyə Osmanlının varisidir və 350 milyon Türkün dövləti, öndəri, baş tacıdır. Bizimdir.
3. Artıq Günəş Batını tərk etməkdədir. Yaxın 20-30 ildə Batının qurduğu 500 illik hegemonya çağı çökəcəkdir. Dünya dəyişir.
4. Qərb mədəniyəti qarşısında aşağılıq komplekslərinə düşmüş Qərb heyranlarına, Qərb imperializminə xidmət edənlərə, Mədəniyyət (elmi-texniki tərəqqi)Türkiyədə deyil Qərbdədir deyənlərə cavab.
Mədəniyyət yalnız Qərbə-Avropaya xas olan, məxsus olan bir olqu deyildir, öncə Şumerdə, Elamda, Mitanni-Hetit-Hürrit-Urartularda, sonra Misirdə, Hindistanda, sami Akkad-Assur-Babil-Finikiyada pöhrələndi. Yunanlar və Farslar bu mədəniyyəti ödünc aldılar. Troya-Etrusk, Ellin və Fars mədəniyyətləri yüksəldi. Sonra Romalılar tarix səhnəsinə girdi. Çində mədəniyyətin kəsintisiz olaraq 5 min il yaşı var. Hind mədəniyətinin 10 min il yaşı var. İslam öncəsi çağlarda mədəni güc kimi Avrasiyaya yayılan Saka, Hun, Göytürk imperatorluqları antik dünyaya, İndiquş dağlarından Bizansa qədərki coğrafiyalara hökm etdi. Ərəblər Fars mədəniyyətini, Türklər doğu Roma mədəniyətini yendilər. 10-cu əsrdən -XX əsrə qədər, əsasən də orta çağlarda mədəniyyət Türk-İslam dünyasında zirvəyə ulaşdı.Türklərin liderliyində və qorumasında Türk-İslam mədəniyəti kürəsəl super güc oldu və Osmanlının simasında zirvəyə ulaşdı. Renessans çağından və Kolumbun Amerikanı kəşfindən sonra, aydınlanma çağını da içinə almaqla mədəniyyət Qərbə keçdi. Qərb-Yunan, Roma, yəhudi-Xristian, İslam, German dəyərlərini və bilimini sintez edərək yüksəldi. Yaxın gələcəkdə də Mədəniyyət başqa bir bölgədə, başqa xalqların əli və əməyi ilə yüksələcəkdir. Tarix belə dövr edir. Bütün böyük mədəniyətlər universal dəyərlər ürətir. Universalizm sadəcə Qərb mədəniyətinə aid xüsusiyət deyildir, S.Hantinqton demişkən, Qərb mədəniyəti universal mədəniyət deyil, yalnız Avropaya məxsus unikal mədəniyətdir.
Biz, türk aydınları çalışsaq, mədəniyyət günəşi yenidən Turanda doğulacaqdır. Azərbaycanın mərkəz olduğu Turanda. Azərbaycan və Türk İranı orta çağlarda Türk-İslam mədəniyyətinin parladığı elə bölgə olmuşdu ki, orta çağ müəllufləri bu bölgələri oyanmış torpaq adlandırmışdı.