Yeni Soyuq Müharibə – Rusiya Dünyanı Təhdid Edir

28/12/21 5:25

Amerika ÖHŞ-ləri (Özəl Hərbi Şirkət) Ukraynanın şərqində kimyəvi komponentlərlə təxribat hazırlayır. Bu barədə Rusiya Federasiyasının Müdafiə naziri S.Şoyqu bildirib.

Rusiya hansı ölkəni kimyəvi silah hazırlamaqda ittiham edirsə, bu o deməkdir ki, Rusiya Federasiyasının özü kimyəvi hücum hazırlayır. Bundan sonra o, sadəcə olaraq istiqaməti ABŞ-a və digər ölkələrə yönləndirəcək.

Almaniya ərazisində ABŞ ordusunun raket zərbəsi silahlarına malik çoxsahəli briqadası yaradılıb, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu departamentin kollegiya iclasında bildirib. Şoyqu iddia edir ki, briqada müasir orta mənzilli zərbə raketlərinə malikdir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov: “Rusiya Gürcüstanın zorla NATO-ya daxil edilməsi cəhdlərini qırmızı xəttin pozulması kimi qəbul edəcək…”deyib. Lavrovun Gürcüstanla bağlı bəyanatı ümumiyyətlə absurddur. Bunu 13 il əvvəl Gürcüstana hücum edən ölkənin Xarici İşlər Nazirliyi bildirir. Keçmiş SSRİ-nin bütün digər ölkələrinin zorla sovetləşdirilməsini belə xatırlamayacağam. Bu cür sözlərdən sonra insanlar ümumiyyətlə şübhə etməyə başlayır ki, bunu, İrəvandan hansısa şovinst, əfsanə uyduran erməni deyil, ölkənin Xarici İşlər Nazirliyidir. Lavrovun (Kalanteryan) milliyyətcə erməni olduğunu nəzərə alsaq, məsələlərin bir-birinə uyğun gəldiyini görmək olar.

Dmitri Peskov: “MDB ölkələrinin NATO proqramlarında iştirakı müzakirə edilməlidir…”.

“Tərəfdaşlıq proqramlarında iştirak bir məsələdir, alyansın infrastrukturuna inteqrasiya isə başqa məsələdir. Bunlar fərqli məsələdir”, – Rusiya prezidentinin mətbuat katibi bildirib.

O, qeyd edib ki, Moskvanın əksər MDB ölkələri ilə KTMT çərçivəsində müttəfiqlik öhdəlikləri var, onun platformasında NATO ilə tərəfdaşlıq proqramlarında iştirak “söz edilib və müzakirə olunmaqdadır”. O vurğulayıb ki, müttəfiqlərin alyansın proqramlarında iştirakı ilə bağlı Rusiyanın mövqeyi konkret proqramdan, “iştirakın dərinliyindən və xarakterindən” asılıdır.

MDB nə demək olduğunu xatırlayaq – Müstəqil Dövlətlər Birliyi.

Bu o deməkdir ki, bu dövlətlər suverendir və lazım bildikləri uyğun siyasəti həyata keçirmək hüququna malikdirlər.

Rusiya NATO üçün kameralı snayper tüfəngi yaradıb

Snayper təyinatından asılı olaraq “Ravager”-də lüləni iki müxtəlif çaplı – NATO və Rusiya patronu üçün dəyişə bilir.

Yeri gəlmişkən, sual yaranır: Rusiyaya NATO-nun döyüş sursatları üçün tüfənglər niyə lazımdır? Bunun təyinatı, vəzifələri nədir? Çox qəribədir. Görünən odur ki, Rusiya NATO ölkələrinin himayədarlarından istifadə edərək təxribat törətməyə, sonra isə həmişə olduğu kimi bütün bəlalarda Qərbi günahlandırmağa hazırlaşır.

Rusiyada ekstremizmlə bağlı şikayətlər üçün mobil proqram əlavəsi hazırlanır

Baş Prokurorluq vətəndaşların ekstremizmlə bağlı şikayətlər verə biləcəyi mobil proqramın hazırlanmasına göstəriş verib. Layihəyə 10,5 milyon rubl xərclənəcək. Rusiya adi totalitarizm vəziyyətinə qayıdır. Rusiya parçalanma təhlükəsini hiss edir və onun tətbiqi əsasən Rusiyanın milli azlıqları, azad fikirli insanlarını “ekstremist” adı ilə həbsi ilə bağlı nəzərdə tutulub.

Rusiyada və iqtidarında imperialist təfəkkürlü insanların mövcud olacağı halda, bu ölkənin qonşuları ilə sakit və əmin-amanlıqda olması mümkün deyil. Rusiya getdikcə özünü təkcə Qərbdə deyil, türk dünyasında da özünü nüfuzdan salır.

Turan ölkələrində mövcud olan Rusiyanın ajanlarının, 5-ci kalon nümayəndələrinin fəaliyyəti Azərbaycan, Türkiyə və ümumilikdə Türk dünyası təhlükəli olmasını bir daha vurğulamaq istərdik. Onların aşkar edilərək zərərsizləşdirilməsi strateji təhlükəsizlik qədər həyat əhəmiyyətli bir məsələdir.

Turan xalqları üçün fikrimizcə nə Rusiya, ABŞ, Avropa, Ərəb lazımdır. Biz Türklər üçün Türk Dövlətləri Təşkilatını siyasi-iqtisadi və hərbi baxımdan gücləndirmək vacibdir.

Bir sözlə, aydın olur ki, Rusiya qonşu ölkələrin suverenliyinə qətiyyən hörmət etmir. Və bundan sonra Rusiya Federasiyasının vətəndaşları təəccüblənirlər ki, qonşu ölkələrdə niyə onlarla belə pis rəftar olunur?

Əksər avropalılar ultrasağçı və neofaşist təbliğatına davamlı olduqlarını sübut etdilər. Ruslar başqa məsələdir. Rusiyaya dünya üzərində hökmranlıq etmək cəhdləri, rus millətinin “üstünlükləri” haqqında fikirlər aşılamaq – bütün bunlar yeni, rus faşizminin təzahürləridir. Faşizm üzərində qələbəsi (1941-1945) ilə fəxr edən xalq özü faşizmi, rus faşizmini təbliğ edir və faşist variantında “yeni totalitarizm”in yaranmasının əlamətləri görünür.

Ruslar türk dünyası ilə və bütün dünya ilə sülh içində yaşaya bilər, lakin onların rəhbərləri müharibə, işğal, güc həyasızlığını seçirlər.

Vahidov Qurban. Araşdırmaçı – analitik.