Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda çobanın ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.
“Fevralın 1-də Yevlax rayonunun Aran kəndi ərazisindəki “Şirinbulaq” otlaq sahəsində, 1999-cu il təvəllüdlü, Daşkəsən rayon sakini İsmayıl Mikayılovun kasset mərmisinin partlaması nəticəsində ölməsi faktı ilə bağlı zəruri tədbirlər görülüb. Kaset bombası Vətən Müharibəsi zamanı düşmən tərəfindən atılmışdır.
Rayonun polis və prokurorluğunun əməkdaşları hadisə yerində daha 17 kaset bombası aşkar edərək zərərsizləşdiriblər”, – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.