Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin dekabrında Afinaya səfərinə cavab olaraq may ayında Ankaraya səfər etməyə hazırlaşır.
Bu barədə Yunanıstanın baş naziri Skai 100.3 radiostansiyasına bildirib.
“Biz iki ölkəni yaxınlaşdırmaq istiqamətində çox mühüm addımlar atdıq. Yunanıstan-Türkiyə münasibətləri normallaşma yolundadır və biz bu nailiyyətləri qoruyub saxlamalıyıq”, – Mitsotakis deyib.
Son üç ildir ki, Yunanıstan və Türkiyə arasında görünməmiş uzunmüddətli böhran yaşanır və o, daim pisləşir.
2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra gərginlik azaldı – Mitsotakis dərhal Ərdoğana zəng edərək zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hər cür köməklik göstəriləcəyini vəd etdi. Türkiyə də öz növbəsində Yunanıstanda baş verən qatar qəzasından sonra başsağlığı verib. Bu, iki ölkə arasında münasibətlərdə yeni ab-hava yaratmağa imkan verdi.
2023-cü il dekabrın 7-də Afinada Ərdoğan və Mitsotakis arasında danışıqlar aparılıb və Yüksək Əməkdaşlıq Şurasının iclası keçirilib. Nəticədə “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Bəyannamə” və 15 sənəd – sazişlər, memorandumlar, birgə bəyannamələr imzalanıb.
Məmmədli Ömər