Zəngəzur dəhlizi Ermənistanın yox, İranın problemidir

14/06/23 4:24

Zəngəzur dəhlizi Ermənistanın deyil, İranın problemidir. Bu bizi əsəbləşdirir – Ərdoğan

“Zəngəzur dəhlizinə gəlincə, bu, Ermənistan üçün problem deyil. Zəngəzur dəhlizi İranla bağlı problemdir. Yəni iki müsəlman ölkəsinin problemi. İranın bu məsələdə belə mövqe tutması həm Azərbaycanı, həm də bizi narahat edir.

Əslində bu, onları da əsəbləşdirməlidir. Bundan əlavə, burada vaqona görə tutulan rüsumlar, təəssüf ki, çox- çox yüksəkdir. Ümid edirəm ki, tezliklə bu problemin öhdəsindən gələcəyik. Əgər onlar buna müsbət yanaşsalar, bu gün Türkiyə-Azərbaycan-İran həm avtomobil yolu ilə, həm də dəmir yolu ilə bir-birinə inteqrasiya olunar, bəlkə də Pekin-London xətti açılardı”, – deyə Türkiyə prezidenti Azərbaycana səfərindən sonra jurnalistlərin suallarını cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir