Zəngəzur dəhlizini kim “açdı’’: Növbəti erməni təxribatı, yoxsa… İqtidar, müxalifət və hərbi ekspertin ‘’DƏRİN TƏHLİL’’i CANLI YAYIN

20/11/21 10:47

Analitik proqramın bugünkü buraxılışında Ermənistan silahlı qüvvələrinin Qarabağda törətdiyi təxribatlar, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla dövlət sərhədinin demarkasiya və delimitasiyası barədə son açıqlamaları, Rusiya sülhməramlılarının lazımlılığı kimi vacib məsələlərə toxunulur.

Həmçinin mühüm tarixi hadisə – Ağdamın bir güllə belə atılmadan, qan tökülmədən, şəhid vermədən azad edilməsinin 1 illiyi ilə əlaqədar müzakirələr aparılır.

Eyni zamanda, bu gün axşam saatlarında qəfildən yayılan ‘’Zəngəzur dəhlizi açıldı’’, iddialarını müzakirə olunacaq. Dəfələrlə şikayətləndiyimiz bir proses baş verməkdədir –  sosial medianın Azərbaycan seqmenti sanki Ermənistan mediasının, Telegram kanallarının təsiri altındadır. Elədirsə, bu, böyük qüsurdur. Azərbaycanın sosial mediasına, elə lap bizə  – ənənəvi mediaya da rəsmi kanallardan doğru-dürüst və operativ məlumatlar ötürülməlidir, düşmənin dezinformasiyaları vaxtında neytrallaşdırılmalıdır. Ermənistan Telegram kanalları hər hansı bir iddia ortaya atan kimi, bizim müvafiq qurumlar buna cavab verməlidirlər…

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun təqdimatında canlı yayınlanan verilişin qonaqları millət vəkili, Xalq yazıçısı, VHP sədri Sabir Rüstəmxanlı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyevdir.

 

Mənbə: Musavat.com