Azərbaycan Mərkəzi Bankı (AMB) Vətən müharibəsinin yaddaşlara həkk olunması məqsədilə 8 noyabr – Zəfər Günü ilə əlaqədar silsilə xatirə pul nişanları buraxıb.
“APA-Economics”ə AMB-dən verilən məlumata görə, xatirə pul nişanlarının ən böyük nominalı 500 manatdır və üzərində “Qarabağ Azərbaycandır!” yazısı əks olunub. Bundan başqa, Zəfər Günü ilə bağlı üzərində işğaldan azad edilmiş şəhər və rayonların adı əks olunan sikkələr də buraxılıb.
Xatırladaq ki, AMB tərəfindən mütəmadi olaraq Azərbaycanın tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələr və s. mövzulara həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxılır. Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış bütün yubiley və xatirə pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.