Zakir Həsənov: Azərbaycanda yeni strukturlar – operativ komando briqadaları hazırlanır

09/11/21 2:21

“Azərbaycan Ordusunda bir neçə yeni struktur – briqadalar, əməliyyat strukturları (komandolar) yaradırıq”.

Bunu Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə Naziri Hulusi Akarla birgə mətbuat konfransında deyib.

Azərbaycan ordusu haqqında danışan Zakir Həsənov vurğulayıb ki, operativ komando briqadalarının hərbçiləri Türkiyədə təlim keçir və Azərbaycana qayıtdıqdan sonra ən mühüm birləşmələrdə xidmətini davam etdirirlər.

Transqafqaz.com