Zelenski dünyanı “anti-Putin koalisiyası” yaratmağa və Ukraynaya genişmiqyaslı müdafiə dəstəyi verməyə çağırıb.

24/02/22 12:15

KİYEV. 24.02.2022   saat  09.22

Zelenski dünya liderlərini Putinə qarşı bütün mümkün sanksiyalardan istifadə etməyə çağırıb

Ukrayna prezidenti Vladimir Zelenski dünya liderlərini “anti-Putin koalisiyası” yaratmağa çağırıb. Bu barədə dövlət başçısı fevralın 24-də “Facebook”da yayımlanan videomüraciətində bildirib.

“Mən ABŞ Prezidenti Co Bayden, İngiltərənin Baş Naziri Boris Conson, Avropa İttifaqının sədri Şarl Mişel, Polşa Prezidenti Anjey Duda, Litva Prezidenti Gitanas Nauseda ilə danışdım. Biz Putinə qarşı bir koalisiya qurmağa başlayırıq.

Zelenski: “Mən artıq dünya liderlərini Rusiya Prezidenti Vladimir Putinə qarşı bütün mümkün sanksiyalardan istifadə etməyə, genişmiqyaslı müdafiə dəstəyinə başlamağa, Ukrayna üzərində hava məkanını işğalçının üzünə bağlamağa çağırmışam. Biz birlikdə olmalıyıq. Birlikdə Ukraynanı xilas etməliyik, birlikdə demokratik dünyanı xilas etməliyik. Biz bunu edəcəyik. Yaşasın Ukrayna, eşq olsun Ukraynaya”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir