Zelenski Nyu York Taymsa müsahibə verib

22/05/24 1:10

🇺🇦 Ruslar sərhədə ən yaxın kəndlərdə dayanıb dinc əhalinin arxasında gizlənərək onları vurmayacağımızı bilərək oradan bizi vururlar – Zelenski

NYT-yə müsahibəsində Ukrayna Prezidentinin digər açıqlamaları:

▪️ NATO Ukrayna üzərində uçuş zamanı Rusiya raketlərini vurmalıdır – təyyarələr Ukrayna hava məkanını keçmədən – bunun sırf müdafiə taktikası olacağını deyərdim;

▪️ Super çətin qələbədən sonra ailəm və itlərimlə bir az vaxt keçirmək istərdim;

▪️ Mən Ukraynada NATO təlimatçılarının ukraynalı əsgərlərə təlim keçdiyini görmürəm, ancaq sözdə deyilir;

▪️ Uzaq mənzilli silahlardan istifadə etməklə, Ukrayna özünü Xarkovu təhdid edən şimal-şərqdə baş verən son hücumdan effektiv şəkildə qoruya biləcək;

▪️ Ukrayna rus qoşunlarının hücum etməzdən əvvəl sərhədi keçdiyini görə bilirdi, lakin biz onları vurmaqda aciz idik;

▪️ Putin məntiqsiz ola bilər, amma o, öz həyatını sevir, ona görə də nüvə silahından istifadə etməyəcək;

▪️ Ukraynanın demokratiya ilə bağlı heç kimə nəyisə sübut etməyə ehtiyacı yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir