Zelenski Türkiyə, Rumıniya, Böyük Britaniya və Polşa ilə birgə müdafiə fəaliyyətlərini açıqladı.

08/01/24 10:23

🇺🇦 Ukrayna Türkiyə, Rumıniya, Polşa və Böyük Britaniya ilə birgə müdafiə fəaliyyətlərinə başlayıb – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski “Cəmiyyət və Müdafiə” illik İsveç milli konfransında çıxış edib.

“Ukrayna artıq Türkiyə, Rumıniya, Polşa və Böyük Britaniya ilə birgə müdafiə fəaliyyətlərinə başlayıb. Çexiya, ABŞ və Almaniya ilə müvafiq müqavilələr var. Və təbii ki, bizim sizə təklifimiz birlikdə işləmək, birlikdə istehsal etmək, birlikdə güclənməkdir.

Ona görə də İsveçlə birgə istehsal bizim üçün prioritetdir. Əminəm ki, gün gələcək ki, siz və mən Ukraynada ilk birgə istehsalın açılışını görə biləcəyik”.
Ukrayna lideri İsveç konfransının iştirakçıları qarşısında çıxış edərək deyib.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir