Zimbabvedə 92 yaşlı Muqabenin namizədliyi yenidən prezident postuna irəli sürülüb

17/12/16 11:55

Zimbabvedə hakim partiya 92 yaşlı ölkə başçısı Robert Muqabenin 2018-ci ildə  keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Muqabenin namizədliyi partiyanın Masvinqo şəhərində keçirilmiş toplantısında yekdilliklə dəstəklənib.

 

Qeyd edək ki, Muqabe dünyada ən yaşlı ölkə başçısıdır. O, ilk dəfə 1987-ci ildə prezident seçilsə də, faktiki olaraq, 1980-ci ildən, baş nazir təyin ediləndən ölkəyə rəhbərlik edir. Qeyd edək ki, Zimbabve 1980-ci ildə özünü müstəqil elan edib.