Separatçılığın təbliğatına görə cinayət məsuliyyətinə cəlb olunacaq.

12/12/23 10:01

Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş atributların və simvolların nümayişinə, yayılmasına, istehsalına, əldə edilməsinə, geyinilməsinə və ya daşınmasına görə cinayət məsuliyyəti müəyyən edilir. Bu, Cinayət Məcəlləsinə təklif edilən, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsində təklif olunan 281-1-ci maddəyə əsasən, Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönəlmiş atribut və simvolların nümayiş etdirilməsi, yayılması, istehsalı, əldə edilməsi, taxılması və ya daşınması 5 ilədək müddətə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu əməllərin bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qabaqcadan əlbir olaraq törədilməsinə görə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə, bu əməlləri xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə törətdikdə isə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir