30 Avqust Zaferi: Türk tariximizin dönüş nöqtəsi

29/08/21 2:17

Milletimizin Böyük Hücum dünya tarixinə ən böyük qəhrəmanlıq nümunələrindən biri kimi düşdü. Dumlupınar savaş zəfərindən 99 il ötür.

26 avqust 1922 -ci ildə başlayan və 30 avqustda işğalçı qoşunların məğlubiyyəti (Böyük Hücum) ilə başa çatan Mustafa Kamal Atatürkün komandanlığı altında olan Türk ordusunun hücumu ən böyük qəhrəmanlıq nümunələrdən biri olaraq dünya tarixinə düşdü.

1919-cu ildə Birinci Dünya Savaşının sona çatmasından qısa müddət sonra Mudross Ateşkesinin müddəalarına istinad edən Antanta ölkələri Anadoluya qoşun yeritdilər.

Türk xalqının gələcəyi təhlükədə idi. Müdaxiləçilərin işğalçılıq hərəkətlərinə cavab olaraq Türkiyədə bir Milli Azadlıq hərəkatı başladı.

1920-ci ildə Türkiyə Böyük Millət Məclisi (Parlamenti) yaradıldıqdan sonra, işğalçı ölkələr Atatürkə və yaxınlarına təzyiqləri artırdılar.

1921-ci ildə işğalçılar qərb cəbhəsində xüsusi fəallıq göstərirdilər. Yunan qoşunlarının Polatla bölgəsinə doğru irəlilədiyi bir zaman Uca Türk Milletimiz Yunan qoşunlarını dəf etmək üçün səfərbər oldular.

İgid əsgərlərimizin Sakarya bölgəsindəki qanlı döyüşləri 22 gün davam etdi. Nəticədə düşmən dayandırıldı.

 

Yunanları Türkiyədən qovmaq təxminən bir il çəkdi. 26 Avqust 1922-ci ildə Mustafa Kamal Paşa genişmiqyaslı hücuma başladığını bildirdi.

Afyonhisar 27 avqustda, Kütahya isə 30 avqustda işğalçılardan azad edildi. 30 Avqust 1922-ci ildə Mustafa Kamal Atatürk  Kütahyanın Zafertepe, Çalkeye bölgəsində qoşunların yerləşdiyi məntəqəyə gəldi.

Beləliklə Türk tariximizin gedişatını dəyişdirən Dumlupınar Savaşı belə başladı.

Yunan qoşunları mühasirəyə alındı ​​və məğlub oldu. Yunan qoşunlarının səpələnmiş qalan hissələri qaçdı.

Dumlupınardakı zəfərdən sonra Mustafa Kamal Paşa orduya yeni bir əmr verdi: “İlk hədəfiniz Aralıq dənizidir. İrəli!”

1 sentyabrda Türk ordusu Gedizi Yunan qoşunlarından, 3 sentyabrda – Emet və Tavşanlıyı, 9 sentyabrda – İzmiri azad etdi. Beləliklə, Baş Komandan Mustafa Kamal Paşanın əmri uğurla icra edildi.

Vahidov Qurban. Araşdırmaçı – analitik