Biz ciddi hadisələrin girovuna çevrilirik, fərqindəsizmi? İndi mənim bir halım budur ki, günlərdi çarəsiz evimə qapanıb koronavirusla əlaqəli hadisələrin necə inkişaf edəcəyini izləyir və öz –özümə suallar edirəm. Nə etməli?
Hətta nəhəng, atom silahına malik dövlətin vətəndaşı olsaydım belə eyni sualları verər, başalarından elə də ciddi fərqim olmayacaqdı. Evimə qapanacaydım. Dünyanın güclü ölkələrinin vətəndaşından fərqlənməyən bir halda olardım yəqin. Lakin xeyli fərqli qənaətlərim də var.
-Əvvala ilk gəldiyim fərqli bir qənaət o oldu ki, ixtisasım, tarixçi olmam mənim nəyimə yarayır, mənə nə köməyi dəyə bilər? və ya bir elm kimi tarixin, insanlığın bu günündə nə töhfəsi nə faydası ola bilər? Tarixçinin belə ağır bir vaxtda millətinə, dövlətinə, insan cəmiyyətinə faydası dəyə bilərmi? Biz tarixdən, tarixi hadisələrin fəlsəfəsindən çıxış edərək, millətə, cəmiyyətə doğru nəticələrə gəlməyə nə kimi ipucu verməliydik? Heç olmasa nə verə bilərik? Nələri etməli olardıq?, amma etməmişik?
-Tarixdə nəticəsi dünyanı sarsıdan bu cür, hətta bundan da daha qorxulu yolxucu xəstəliklər olub, onun nəticələri; Xəstəlik sonrası dünyada hansı mənzərəni yaradıb?, hansı dəyişiklərə səbəb olub?
-Korona virus cağdaş dünyamızda bioloji silahdırmi? Böyük dövlətlərin və ya Dünyanı yönəldən “Dərin dövlətin” “Yeni Dünya nizamı”-na giriş “tədbiridirmi”?, Yer kürəsini ekoloji nizama salma tədbiri, Bəlkə artıq insan yükündən xilas tədbirləridir?
-Mümkündür ki, “Korona” bilmədiyimiz yeni münasibətlərin, davranışların, əxlaq, idarəetmə sisteminin “ayaq səsləridir”? Yer kürəsinin gələcək idarəetmə qaydalarını gətirəcəkdir. Dünya əhalisi evlərinə salınıb, hamı internetlə məşğuldur, idarəetmə virtual həyata keçirilir, müəllimlər dərslərini, tələbələr müəllimlərini virtual dinliyir, qiymətləndirməni də belə virtual aparmaq mümkündür və yəqin ki onun və digər çatışmayan proqramları da yükləyəcəklər. Yaşlı nəsil də ayaqlara yük olur, ona görə də onlardan xüdafizləşməli və.s
-Dinlər də dizayn oluna bilər, müqəddəs bildiyimiz ziyarətlər virtual olar, yas mərasimləri də, babalarla, nənələrlə, əziz bildiyin insanlarla onların ölümlərini virtual görə xüdafizləşmə uzaqdan virtual həyata keçirilə hətta onların cəsədlərini yandırmağa aparmanı seyr etmək kimi məsələlərə bizi yavaş-yavaş deyil, birdən hazırlayırlar, biz də buna doğru könül xoşluğuyla gedirik özümüz də fərq etmədən
Qələndər Muxtarlı