Korono virusunu ilk müəyən edən 34 yaşlı Çinli həkimin dəhşətli həyat hekayəsi…ardı var

23/03/20 2:55

Verilən məlumatlara görə Korona virusu haqqında ilk məlumatı müəyyən edən, yəni onun amansız yolxucu virus olasını kəşf edən, Çinin Hubey vilayətinin mərkəzi xəstəxanasında çalışan həkim Ai Fen olmuşdur. Xanım Ai Fen 27 dekabrda mərkəzi xəstəxananın təcili yardım bölməsinə gətirilən 3 xəstənin üzərində apardığı müşahidəni həkim yoldaşlarının olduğu qrupda paylaşmaqla ictimailəşdirmişdir. Məlum olmuşdur ki, xəstələrin 2-si, Huan dəniz məhsulları bazarında işləyirlər. Onlardan biri (49 yaşlı) qadın, digəri bu bazardan daim alış-veriş edən 61 yaşlı qadındır. 49 yaşlı qadının atəşi 4 gün ərzində düşsə də nəfəsi daralır və süni nəfəs aparatına bağlanaraq yaşamağa davam edir. Ai Fen ilk analiz, tes kontrollarını həyata keçirir və  vaxtılə 1000  nəfərin ölümünə yol açan “Sars korona virus sürüsü” önünə çıxır və bu məlumatı yuxarıda qeyd etdiyim kimi həkim dostları arasında paylaşır. Həkimlər arasında panika başlayır və ilk olaraq Mərkəzi Xəstəxananın baş gənc həkimi Li Venlyan yaranan təhlükəni əlindəki analiz sonuzları barədə məlumatları yaymaqla ictimailəşdirir və ona qarşı “ dezinformasiya yaymaqla ” əlaqəli təqib başlayır. Lakin Korona işini görməkdə idi. Hər gün 10-larla yeni xəstə gəlməkdə idi. Huan bazarını hökümət bağlasada artıq gec idi və bu virusun yayılmasının qaşısı alınmadı. Hətta Ai Fen həkimlərə maska taxmağı yolxucu xəstəlikdən qorunmağı istədiyinə görə onu xəstəxananın dissiplin qrupuna çağrılıb “yalan panika” yaratmaqda, Huan şəhərinin “yüksəlişinə” maneə olmaqda qınadılar, təqib etməyə polisə çağırmağa başladılar.  Li Venlyanın yaydığı məlumatları hökümət sosial şəbəkələrdən yığışdırmağa çalışdı hətta Li Venlyana polis məlumatları geri çəkəcəyinə dair sənəd imzalatmışdı. Korona virus artıq küçələrdə yeriyən insanları öldürməkdə idi. ittiham etsələrdə sonradan Aİ Fenin də daxil 9 nəfər olan həmin yoldaşları xəstəliyə yoluxdular və başda Li Venlyan və onun ailəsi olmaqla 10 yanvarda xəstəliyə yoluxdular.20 Yanvarda isə Çin höküməti artıq xəstəliyi etiraf etməyə və təcili tədbirlər görməyə başladı. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə doktor Li Venlyan fevralın 7-də saat 02-58-də 34 yaşında (Cavanlarda yoluxur və ölürlərmiş hətta həkim) öldüyü bildirildi. Doktor Li Venlyanın meyidini Çinli polislər həyat yoldaşının gözləri önündə 900-1200 dərəcədə yandırmaq üçün Kremasiya sobasına apardılar. Çin höküməti Hubey vilayət polis idarəsinin rəisini məzəmmət etdi. Xəstəlik dünyaya yayıldı. Dünyada xeyli bölgələrində İnsanların cəsədləri yandırılma növəsini gözləyir. Davamım var

Qələndər Muxtarlı