İran Suriyaya yeni qüvvələr cəmləşdirir.

27/10/23 8:49

 Suriyadakı iranpərəst qruplar Fələstin-İsrail münaqişəsinin mümkün eskalasiyasına hazırlaşır. Son 2 gündə İraq üzərindən Suriyaya müxtəlif silahlar çatdırılıb. Çatdırılma Suriyanın şimal-şərqindəki Deyr əz-Zor əyalətində yerləşdirilmiş İran satellitləri tərəfindən həyata keçirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüzlərlə əsgəri, həmçinin Əfqanıstan, Pakistan və İraqdan olan iranpərəst yaraqlıların ölkəyə gəlişi müşahidə olunur.

Suriya mənbələri qeyd edir ki, Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası çərçivəsində silahlılar Suriyanın şərqindəki İran bazaları arasında bölüşdürülür. Onların Holan təpələrindəki Suriya-İsrail sərhədinə göndəriləcəyi istisna edilmir.

#Suriya #İran #İraq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir