ABŞ-ın dünya hakimiyyəti. Böyük Orta Şərq Layihəsi nədir?

14/01/17 6:47

Son zamanlar qardaş Türkiyə mətbuatında ABŞ və Qərb əleyhinə olan, kifayyət qədər ciddi ittihamların yer aldığı rəsmi mövqelər, müəllif yazıları, analitik təhlillər yer almaqdadır. Bu mövqelərə müdaxilə etmədən Azərbaycanımız və qardaş Türkiyəmizin ətrafında cərəyan edən hadisələrə fərqli münasibətin, məqamların olduğunu nəzərə alaraq “Türkiyə” qəzetində müəllif M.Necati Özfaturayazdığı bu yazını yazını olduğu kimi təqdim edirik.(http://www.turkiyegazetesi.com.tr/yazarlar/m-necati-ozfatura/595022.aspx)

Böyük Orta Şərq Layihəsi nədir?
Böyük Orta Şərq Layihəsi, ABŞ-ın dünya hakimiyyəti, 21-ci əsrdə böyük Amerika İmperatorluğu qurmaq adı altında “Nilden-Fərata Böyük İsrail Projesidir”. Dünyaya hakim olmağın yolu dünyanın qəlbi və sərvətlərinin mənbəyi olan Orta Şərqdən keçir.
Orta Şərq Layihəsi, İslam Dünyasının başını və onurğasını parçalamaq və İslam Dünyasının sinəsinə sancılmış İsrail xəncərinin təhlükəsizliyi məsələsidir. ABŞ Xarici İşlər Nazirliyi rəsmilərinin etirafına görə, bu layihə; “Mərakeşdən İndoneziyaya qədər 22 İslam ölkəsinin sərhədləri, tarazlıqları və sabitliyini dəyişmək siyasətidir”. İsrailin təhlükəsizliyini təmin etmək layihəsidir.
İsrailin təhlükəsizliyi üçün başda Türkiyə olmaq üzrə Suriya, İraq, Livan, Səudiyyə Ərəbistanı, Yəmən, Azərbaycan, Pakistan, İndoneziya, Sudan, Malayziya, Əfqanıstan və daha neçə-neçə kiçik dövlətlərə parçalamaq siyasəti vardır. Sudan ilə İndoneziyada Xristianları ayrı dövlət halına gətirdilər.
Kürdüstan və Böyük Ermənistan əslində “Böyük İsrail” hədəfinə çatmaq üçün ara hədəflərdir və yalnız vasitədir. Keçmişdə Bərzaninin atasını dəstəkləyən ABŞ, İran Şahindən bəzi güzəştlər görəndə arxasını döndü.
Adı nə olursa olsun fərq etməz, dünyadakı bütün terror təşkilatlarının ipi ABŞ-ın (MKİ-nin) əlindədir. ABŞ-ın yeni prezidenti Trumpun “İŞİD” Obamanın canavarı” etirafı var və ABŞ-lı bir generalın “İŞİD”-i biz yaratdıq” etirafı terrorun qaynağının ABŞ olduğunu göstərir.
Müharibələr olmasa, ABŞ-ın iqtisadiyyatı çökər. Qış turizmində “qar” nə isə ABŞ üçün də “müharibə” eyni şeydir. Son günlər Suriyada daxili vətəndaş müharibəsi bəhanəsi ilə Səudiyyə Ərəbistanı, Küveyt və Körfəz ölkələri ilə 48 milyard dollarlıq silah müqaviləsi keçirilib. ABŞ Suriyada vətəndaş müharibəsinin sona çatmasının niyə qarşısını aldı? Çünki ABŞ müharibəsiz yaşaya bilməz.
Keçmişdə Kennedinin prezidentliyi dövründə, ABD-Sovetlər İttifaqı arasında Kuba böhranı oldu. Sovetlər Kubaya nüvə raket başlıqlarını yerləşdirərəkən ABŞ, Sovet döyüş gəmilərini dayandırdı. ABŞ (O tarixdə ABŞ-da idim) o vaxt həqiqətən müharibəyə hazır idi. Kennedi, Sovet İttifaqının geri addım atması üzərində büdcələrində silahlanmaya ayrılan vəsaitin əhəmiyyətli hissəsini azaltdı və xalqın ehtiyaclarına xərcləmək istədi. Bunun üzərinə sui-qəsd ilə qətlə yetirildi.

ABŞ Suriyanın şimalında Türkiyə sərhədlərində hələdə bir Kürd dəhlizinin izindədir. PYD yalnız vasitəçidir. ABŞ hərbiçilərini dağa yığışır. Bu dəhlizi ağ dənizə qədər uzadıb enerji dəhlizi yaradaraq Türkiyəni bölgədən uzaqlaşdırmaq kənarlaşdırmaq istəyirlər. Rusiya-Türkiyə yaxınlaşması ABŞ-ın Orta Şərq və Kürd Dəhlizi layihəsinə ciddi zərbə vurmaqdadır.
Türkiyədəki bütün qırğınların terror olaylarının arxasında ABŞ-ın MKİ var. FETÖ-çular, PKK, DEAŞ, DHKP və yerli , milli olmayanlar Qərb standartlı sözdə ziyalı kimi görünənlər Mərkəzi Kəşfiyyat İdarəsinin xidmətindədir. Bəzi “sələm baronları” da unudulmaması lazımdır.
ABŞ, İslam Dünyasına “Səlib Yürüşü” açmışdır. Xristian Qərb hər zaman özündən olmayanı “başqa” kimi qəbul etmişdir. Digərləri düşmən olaraq müəyyən edilmişdir. Osmanlı yıxılana qədər düşmən “Osmanlı” idi. İkinci Dünya Müharibəsindən sonra Kommunizm və Sovet İttifaqı oldu.

İslamı Protestanlaştırmak” üçün FETÖ və mənsublarını istifadə etdilər. İslam ölkələrində bəzən az da olsa getdikcə oyanışı və bütün dünyada İslamiyyətin sürətlə artımı narahatlıqlarını artırıb. ABŞ-ın keçmiş xarici işlər nazirlərindən Yəhudi əsilli Kissingere görə: “Bundan sonra müharibə İslam ilə Qərb arasında olmayacaq. Qərbin istədiyi şəkildə yaşayan İslam ilə Qərb Mədəniyyətini qəbul etməyən, öz İslam Mədəniyyətinin üstünlüyünü qəbul edən və Qərbin hakimiyyətinə qarşı çıxan İslam arasında olacaqdır”.
“İslamı İslam ilə savaştıracağıq”. Müsəlmanı (Məzhəb döyüşü, İran istifadə edilir) Müsəlmanla qıracağıq” deyirlər.
Rusiyanın Suriyada yer alması və Türkiyə-Rusiya-İran arasında yaxınlaşma ABŞ-ın Orta Şərqdəki sonunun başlanğıcı olması mənasına gəlir.
Trumpun siyasəti naməlumdur. ABŞ-da çox sayda “hakimiyyət” var. Pentaqon, MKİ, Yəhudi Bankları, Sionizm, Yəhudi Lobbisi, Sionist Xristian Neo-Conlar əgər Trumpu dizayn etməsələr, Trump, MKİ tərəfindən sui-qəsd ilə qətlə yetiriləcəkdir.

Transqafqaz.com