Prezident Ərdoğan: Valyuta məzənnəsini silah kimi istifadə edib üzərimizə gəlirlər…

14/01/17 5:36

Prezident Ərdoğan: Valyuta məzənnəsini silah kimi istifadə edib üzərimizə gəlirlər…

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Istanbul Birja Təşkilatının il Donumu ilə əlaqədar yeni xidmət binasının açılışı mərasimində çıxışı zamanı bildirib.

Bu gün açılışını keçirməkdə olduğumuz binalarla İstanbul Birja yeni bir dövrə başlayır.

15 İyul dövlət çevrilişi cəhdində hədəf alınan yerlərdən birinin Birja istanbul olması təsadüfi deyil.

Türkiyə iqtisadiyyatının zəif olduğu bir dövrdə bu hücumlar hücum edənlərin hədəflərinə çatdırardı. Amma hər kəsin bilməsi lazımdır ki, keçmiş Türkiyə artıq yoxdur, indi iqtisadiyyatı böyümüş Türkiyə var.

Birja üzərindən, valyuta məzənnələri üzərindən, faizlər üzərindən ölkəmizi böhrana sürükləmək istəyirlər.

İqtisadiyyatımıza hücumlar davam edir.

Son günlər valyuta məzənnəsini silah kimi istifadə edərək üzərimizə gəlməyə başlayıblar. Biz də öz Alternativ addımlarımızı atırıq, və atmaqda davam edəcəyik.

Transqafqaz.com

Pərvanə Turançı