Serj Sarkisyan son və həlledici müharibəyə hazırlaşır
Əgər Qarabağda müharibə alovlanarsa, Rusiya Azərbaycanla müharibəyə girmək istəməyəcək.
İstiPress-in məlumatına görə, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenhauzer Ermənistanın “1in.am” portalına müsahibə zamanı bildirib.
Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronski tərəfindən hazırlanmış “ABŞ-ın Cənubi Qafqazda siyasəti” barədə məruzəsini və Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsini şərh edən Pavel Felqenhauzer araşdırma müəlliflərinin tərəflərin müharibəyə yaxın olması barədə gəldikləri qənaəti təsdiqləyib.
Həm Karneqi Fondunun, həm də Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsində bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir və bu müharibəyə hər iki ölkənin strateji tərəfdaşları olan Türkiyə və Rusiya da qarışa bilər. Lakin Pavel Felqenhauzer düşünür ki, Ermənistanla müttəfiq olan Rusiya bu müharibədə Azərbaycanla da üz-üzə gəlmək istəməyəcək.
“Əgər hadisələr bu cür inkişaf edərsə, Rusiya çox çətin vəziyyətə qalacaq. Biz deyəcəyik: müharibəni dayandırın və dinc yaşayın, amma bizə qulaq asmasalar nə edək? Hazırda Rusiya üçün hərbi müdaxilə həddindən arzuolunmazdır. Bu yaxınlarda Ermənistan müdafiə naziri bildirdi ki, birləşmiş Ermənistan-Rusiya qoşunları Ermənistanı Azərbaycandan qoruyacaq – cümlədən qarabağlıları da, amma həqiqətən bunun baş verib – verməyəcəyi aydın deyil. Avtomatik qərar qəbul edilməyəcək, buna qərarı Moskva verəcək. Moskva isə Azərbaycanla Qarabağa görə münaqişəyə girmək istəməz”,- deyə Pavel Felqenhauzer bildirib.Həm Karneqi Fondunun, həm də Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsində bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir və bu müharibəyə hər iki ölkənin strateji tərəfdaşları olan Türkiyə və Rusiya da qarışa bilər. Lakin Pavel Felqenhauzer düşünür ki, Ermənistanla müttəfiq olan Rusiya bu müharibədə Azərbaycanla da üz-üzə gəlmək istəməyəcək.
Bütün bunlara baxmayaraq Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov bölgədə müharibə olacağına elə də inanmır:
“Düzdür, bölgədə müharibə təhlükəsi hər an var. Amma bu cür bəyanatlar daha çox Qarabağ ətrafında ajiotaj yaratmaq və həmsədrlərin fəaliyyətinə vaciblik donu geyindirmək naminə verilir. Ermənilər də bu məsələdə fəaldırlar. Gah deyirlər Ermənistan 8 min əfqan döyüşçüsü gətirib, gah Rusiya xarici işlər naziri Lavrov münaqişəni dinc yolla həllindən başqa yolu olmadığını bildirir”.
Üzeyir Cəfərovun fikrincə, müharibə olarsa, Ermənistan ordusu Azərbaycan silahlı qüvvələri ilə vuruşa bilməz: “Rusiya onlara nə qədər əlavə silahlar versə də vəziyyətlərində elə də ciddi dəyişiklik olmalıdır. Əks halda, aprel döyüşlərindən sonra uğradığı məğlubiyyəti aradan qaldırmaq üçün çoxdan təxribat törətmişdilər”.
Lakin hərbi ekspert məhz bu nüansı nəzərə alaraq 2018-ci ildə Ermənistan ordusunun müəyyən qədər fəallaşacağını bildirir:
“Sarkisyanın prezidentlik dövrü bitəndən sonra, onun Ermənistan ordusuna son dövrdə yerləşdirdiyi qeyri-peşəkarlar təxribat törədə bilər. Təbii ki, Azərbaycan ordusu bu təxribatlara layiqli cavab verəcək və Ermənistan ordusu həm canlı qüvvə, həm də xeyli mövqe itirəcək. Daha sonra Sarkisyanın adamları işə düşəcək və bunu Serjin getməsi ilə əlaqələndirəcəklər, onu baş nazir kimi hakimiyyətə qaytmasının vacibliyindən danışacaqlar, yəni əks halda itkilərin daha çox olacağını bildirəcəklər. Biz məhz bu amildən istifadə etməliyik, çünki nə qədən çox ərazini işğaldan azad edə bilsək, bu, danışıqlarda daha çox işimizə yaraya bilər”.
Təbii ki, münaqişənin həlli ilə bağlı son qərar, hərbi ekspertin də dediyi kimi, danışıqlar masasında veriləck. Amma istənilən halda, Azərbaycan öz ordusunun gücünü hər gün, hər saat və hər dəqiqə atırmalıdır. Bu, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi müstəqilliyi çərçivəsində həll ediləəcyinə əminliyi qat-qat artıran amil olacaq. “Sarkisyanın prezidentlik dövrü bitəndən sonra, onun Ermənistan ordusuna son dövrdə yerləşdirdiyi qeyri-peşəkarlar təxribat törədə bilər. Təbii ki, Azərbaycan ordusu bu təxribatlara layiqli cavab verəcək və Ermənistan ordusu həm canlı qüvvə, həm də xeyli mövqe itirəcək. Daha sonra Sarkisyanın adamları işə düşəcək və bunu Serjin getməsi ilə əlaqələndirəcəklər, onu baş nazir kimi hakimiyyətə qaytmasının vacibliyindən danışacaqlar, yəni əks halda itkilərin daha çox olacağını bildirəcəklər. Biz məhz bu amildən istifadə etməliyik, çünki nə qədən çox ərazini işğaldan azad edə bilsək, bu, danışıqlarda daha çox işimizə yaraya bilər”.
Könül Hacıyeva