Türk Silahlı Qüvvətlərini Qətərə göndərilməsini təmin edən qanun TBMM də qəbul edildi

08/06/17 9:26

Qətərdə TSQ bölmələrinin yerləşdirilməsi və jandarm təhsili haqqında iki sazişin Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində önə çəkilərək bu gün müzakirə olunub.
Türkiyə Böyük Millət Məclisinin gündəmində hələ də alt sıralarda olan Qətərlə imzalanmış iki müqavilənin Ak Partiya Qrupunun Türkiyə Böyük Millət Məclisinin Məsləhətləşmə Kabinetinə etdiyi təkliflə ön sıralara çəkildi. Aralarında Türk Əsgərinin Qətərdə olmasına dair qanunun da olduğu layihələr qəbul edilib.

Türk əsgəri Qətərdə yerləşdiriləcək

AK Partiya və MHP-nin Qrup rəsmilərdən verilən məlumata görə, hazırda Baş Assambleyanın gündəliyinin 101-ci sırasındakı “Türkiyə ilə Qətər arasında Qətər ərazisində Türk Silahlı Qüvvələrinin yerləşdirilməsinə dair tətbiqi müqaviləsi” ilə “102. Növbəti “Türkiyə ilə Qətər arasında Jandarm təlim və Tədrisinə dair əməkdaşlıq protokolu” təsdiq edilib.

Böyük Millət Məclisində keçirilən səsvermədə, Türk əsgərinin Qətərdə olmasına dair hökumət də qəbul edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn, Yəmən kimi ölkələrin arasında olduğu çox sayda Körfəz ölkəsi həftə başında “terrorizmi dəstəklədiyi” və bu səbəblə də Katarla diplomatik əlaqələrini kəsmiş və Qətərə qarşı bəzi sanksiyalar açıqlamışdı.

Könül Hacıyeva