Co Baydenin “soyqırım “ifadəsinin ABŞ -Türkiyə münasibətlərinə təsiri. Mövqe
ABŞ Prezidenti Co Baydenin soyqırım ifadəsi işlətməsi düşünmürəm ki, ABŞ Türkiyə münasibətlərinə köklü şəkildə təsir etsin. Əslində ABŞ prezidentlərinin böyük fəlakət, böyük faciə, soyqırım ifadələrinə demək olar ki, Türkiyədə hakimiyyətdə olmuş iqtidarlar bir növ bu tendensiyaya öyrəşiblər. Əslində bir məsələni etiraf eləmək lazımdır ki, erməni diasporası dünyada güc sahibi olan ölkələrdə təşkilatlanmaqla yanaşı həmdə ciddi maliyyə resursuna malikdilər. Müəyyən mənada desək ki, bu gün Ermənistan dövləti diaspora hesabına ayaqda qalır, bəlkədə yanılmarıq. Belə bir situasiyada bir sual ortaya çıxır ki, yaxşı, bəs Türkiyə ilə ABŞ NATO da müttəfiqqdir, türk əsgəri hazırlıq baxımından NATO da ikinci ən
güclü əsgərdi, mahiyyətcə, siyasi müttəfiqdilər, ticari dövriyyələri 30 milyard dollara yaxındır və sair ilaxır. ABŞ Prezi denti niyə bu ifadəni işlədir? Mahiyyət etibarı ilə bu məsələyə bir neçə rakusdan baxmaq olar. Düşünürəm ki, məsələnin ana xəttində duran əsas prinsiplərdən biri yuxa rıda qeyd elədiyim kimi erməni diasporası nın ciddi maliyyə resursları və mütəşəkkil formada təşkilatlanmasıdır. Həmin bu təşkilatlanmanın və maliyyə resurslarının gücündən, ABŞ da Bələdiyyə seçkilərindən tutmuş, Prezident seçkilərinə qədər nami zədlərin şərt daxilində maliyyələşməsinə qədər təmin etmək və sair daxildir. Hətta, burada seçiləcək şəxs kim olarsa, bu soyqırım ifadəsinin deyilməsi qarşılığında ciddi, böyük məbləğdə pulların (yumşaq desək bəxşiş) təklif olunması da istisna deyil. Diaspora məsələsini yazmaq məqsə dim erməni lobbisini şişirtmək deyil. Bu bir
reallıqdır. Təbii ki, erməni lobbisinin gücü ABŞ -ın dövlət maraqlarının başlayan sərhəddinə qədər ola bilər. Digər tərəfdən tarixə ekskurs eləsək erməni kartı həmdə Osmanlıya qarşı Batının imperialist gücləri nin, eyni zamanda da, Rusiyanın da əlində Osmanlıya qarşı ən aktiv, separat kart hesab olunub. Bundan əlavə ABŞ-ın guya özünü məzlum və əzilmiş xalqların müdafiəçisi kimi aparması da, istisna deyil. Ümumiyyətlə, mövzudan kənar olsa da, bir məsələni xatırlatmaq yerinə düşər. Ermənis tan dövlətinin yaradılması məsələsini he sab edirəm ki, birmənalı şəkildə Rusiyanın boynuna atmaq da düzgün olmaz. Düzdür, bu faktdır ki, erməniləri bu bölgəyə köçürən birmənalı şəkildə Çar Rusiyası olub, amma onu siyasi cəhətdən yönləndirən, onu 1919-1920-ci il Paris Sülh Konfransında “de fakto” dövlət kimi tanıyan elə Qərb dövlətlərinin özü oldu. İndi isə qayıdaq
mövzunun məğzinə. Qondarma soyqırım məsələsinə bu günün siyasi -iqtisadi prizmasından baxsaq, hesab edirəm ki, Co Bayden ABŞ-ın Türkiyə ilə dövlət maraqlarını qoruyacağına əmin olaraq, həmdə soyqırım ifadəsi işlətməklə erməni lərin könlünü almaqla, Rusiyadan küsmüş erməniləri ABŞ-a yaxınlaşdırmaq kimi də, qeyd etmək olar. Yuxarıda qeyd etdiyim kimi ortada 30 milyarda yaxın ticarət dövriyyəsi və NATO da ikinci ən güclü əsgərə malik olan Türkiyəni bu ifadəyə qurban verə bilməz. Dərin düşünsək, bu gün türk əsgəri mahiyyət etibarı ilə NATO nun özəklərindən biridir. Ümumiyyətlə, bu gün ABŞ Türkiyə münasibətlərində gərginlik olsa da hər iki dövlətin müəyyən məsələlərdə bir-birinə ehtiyacı var. Sual yaranır ki, bəs Türkiyə Co Baydenin bu ifadəsinə qarşı hansı addımlar atacaq?Məntiqnən düşünsək Türkiyənin bir çox
addımlar atmağa imkanı var. Ancaq hesab edirəm ki, bu qlobal formada mümkün ola bilməz. Çünkü mahiyyətcə, ABŞ hələ özü fövqəlgüc olaraq qalır. Bəzən düşünülmə miş fikir səsləndirirlər ki, Türkiyə NATO-dan çıxmalıdır və çıxacaq. Hesab edirəm ki, bu fikirlər çox ucuz və düşünülməmiş fikirlər dir. Birincisi, Türkiyənin NATO-dan çıxması Türkiyənin ancaq ziyanına ola bilər, indiki məqamda. Çünkü regional güc olmaq o demək deyil ki, NATO-dan çıxmalısan. Türkiyə NATO-dan o zaman çıxa bilər ki, artıq fövqəlgücə çevrilib.Və ən azından ortada Rusiya faktoru yoxdur. Türkiyənin nə qədər Rusiya ilə münasibətləri normal olsa da, Cənubi Qafqaz və Orta Asiya maraqları onu Rusiya ilə hərbi müstəvidə toqquşdura bilər. Bu nöqteyi-nəzərdən Türkiyənin bu və ya digər şəkildə hələ ki, NATO-ya ehtiyacı var. Eyni zamanda NATO nun da Türkiyəyə ehtiyacı var. Bir sözlə
okeanın o tayında, Vaşinqtonda, hansı ABŞ Prezidenti olur-olsun, işlətdiyi saxta soyqırım ifadəsi işlənən sözün tərzindən asılı olaraq, hesab edirəm ki, rəsmi Ankara da da ona uyğun tədbir görülür.
Şahin Bəkirli,
Bütöv Azərbaycan Ocaqları (BAO) Siyasi Analitik Mərkəzin əməkdaşı.