Türkiyənin Xarici İşlər naziri Kiyevdə Krım Platforması sammiti öncəsi jurnalistlərin suallarını cavablandırdı.
Türkiyə Ukrayna sərhədlərinin bütövlüyünü dəstəkləyir, Krımın ilhaqını heç vaxt tanımayıb və tanımayacaq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Krım Platformasının zirvəsindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Xarici İşlər naziri Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyini və Krım Tatarlarının hüquqlarına verdiyi önəmi nümayiş etdirmək üçün zirvədə iştirak etdiyini vurğuladı.
“Biz daim təkrar edirik ki, Krımın ilhaqını heç vaxt tanımamışıq və tanımaq niyyətində də deyilik. Ancaq bu barədə danışmaq kifayət deyil. Krım və Ukrayna sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü dəstəkləyən digər dost və müttəfiq ölkələrlə birlikdə dəstəyimizi ifadə edirik” dedi Çavuşoğlu.
Türkiyəli nazir “Krım Platforması”nın Krım Tatarlarının hüquqlarının qorunmasında və Ukrayna sərhədlərinin bütövlüyünün qorunmasında əhəmiyyətli rol oynayacağına ümid etdiyini bildirib.
Çavuşoğlu Türkiyə ilə Ukrayna arasındakı ikitərəfli əlaqələrə də toxunub. “Müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirmək üçün çox səy göstəririk. Oktyabr ayında dostum Dmitri Kuleba (Ukrayna Xarici İşlər naziri) ilə birlikdə Birgə Strateji Planlaşdırma toplantısına qatılmaq üçün yenidən Ukraynaya gələcəyəm” dedi.
“Krım platforması”
Bazar ertəsi Ukraynanın paytaxtı Kiyevdə Prezident Vladimir Zelenskinin “Krım Platforması” təşəbbüsünün təsis zirvəsi keçirildi. Kiyev ümid edir ki, “Krım Platforması” diplomatik təşəbbüsü yarımadanın Ukraynaya qaytarılması üçün beynəlxalq səyləri gücləndirəcək. Zirvə platforması ən yüksək siyasi səviyyəli ilk tədbir olacaq.
Vahidov Qurban. Araşdırmaçı – analitik