VAŞİNQTON. 12.02.2022
Associated Press ABŞ rəsmilərinə istinadən xəbər verir: “ABŞ Dövlət Departamenti şənbə günü ABŞ-ın Kiyevdəki səfirliyinin boşaldılmasını elan etməyi planlaşdırır…”
ABŞ rəsmiləri qeyd edirlər ki, Dövlət Departamenti şənbə günü səhər Kiyevdə ABŞ səfirliyinin bütün əməkdaşlarının Rusiyanın təhlükəli işğalı ərəfəsində ölkəni tərk etməli olacaqlarını elan etməyi planlaşdırır.
Mənbələr bildiriblər ki, məhdud sayda ABŞ diplomatları Qərbi Ukraynaya, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə bilər ki, ABŞ bu ölkədə diplomatik mövcudluğunu saxlaya bilsin.
Transqafqaz.com