Azərbaycan Milli Demokrat Partiyası – Ukraynaya dəstək ifadə etdi

27/02/22 11:49

26.02.2022-ci il tarixdə  İsgəndər Həmidovun vəfatının ikinci ildönümü, məzari başında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının rəhbərliyi və bir qrup fəallarının iştirakı ilə anıldı.

Tədbir sosial şəbəkə üzərindən canlı olaraq yayımlandı və “Xocalı soyqırımı” qurbanları yad edildi, soyqırımın qatilləri Rusiya yönətimi və Erməni terrorçuları lənətləndi.

Azərbaycan Milliyyətçi Demokrat Partiyası Ukraynanın Donetsk və Luqansk vilayətlərinin Rusiya tərəfindən tanımasını qətiyyətlə pisləyib. Donetsk və Luqansk vilayətlərinin tanınmasının Beynəlxalq Hüququn fundamental prinsiplərinin pozulması kimi qiymətləndirilib.

Qardaş Ukrayna xalqına qarşı Rusiya Federasiyasının silahlı müdaxiləsi, işğalı lənətləndi. Ukrayna xalqına Azərbaycan Milliyyətçi Demokrat Partiyası olaraq sülhün tərəfdarı olduqlarını, Ukraynanın ərazi bütövlüynə  dəstəklərini ifadə etdilər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir