Rusiya sanksiyalarına Quqlda qoşuldu

27/02/22 12:07

Quql rus telekanallarına qadağa qoydu

Quqla məxsus olan Yutub şirkəti “Raşn Tudey” (RT) və Rusiya dövlətinin dəstəklədiyi digər KİV-lərdə reklam satışına qadağa qoyub.

Bu barədə Quqlun sözçüsü Maykl Aciman açıqlama verib.

“Rusiya dövlət mediasının bütün platformalarda reklamlarla pul qazanma imkanını əngəlləyəcəyik. Rusiyanın RT və digər kanalları artıq internet saytları, tətbiqlər və Yutub videolarından pul qazana bilməyəcəklər”, – Aciman deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir