Ermənistanın 2044-cü ilə qədər Rusiya hərbi bazasını birtərəfli qaydada ləğv etmək imkanı yoxdur. Gümrüdəki 102 saylı baza haqqında müqavilənin qüvvədə olma müddəti 5 saylı Protokolla müəyyən edilir və bu müddəalara yenidən baxılması proseduru, müqavilənin özünün tərkib hissəsidir və bütün qərarlar qarşılıqlı razılaşma əsasında qəbul edilir.
Bu məlumat Dövlət Dumasında da təsdiqlənib.
Ermənistandakı 102-ci Rusiya hərbi bazasının iki qarnizonu var – Gümrü və İrəvanda.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan öz ərazisində Rusiya hərbi bazasının olmasının faydasını görmür.