ABŞ və Rusiyanın, Suriyada atəşkəs barədə razılığa gəldikləri barədə iddia var…

07/07/17 9:11

ABŞ və Rusiyanın Suriyanın cənub-qərbində bir atəşkəs üçün razılığa gəldiyi bildirilir.

Associated Press (AP) agentliyinin, adlarının açıqlanmasını istəməyən Amerikalı nümayəndələrə əsaslandırdığı xəbərində, ABŞ və Rusiyanın, Hamburqdakı G20 Sammitində atəşkəs mövzusunda anlaşıldığı bildirildi.

Xəbərdə, atəşkəsin İyulun 9-də yerli vaxtla günorta vaxtı qüvvəyə minəcəyi bildirilib.

Müqavilə, ABŞ-ın Suriya vətəndaş müharibəsinin həlli səylərində yeni bir səviyyəyə işarə etdiyi ifadə edilir.

May ayında Türkiyə, Rusiya və İran Suriyada “Təhlükəsizlik bölgələri” qurulması üçün protokol imzalamışdı.