Ağdamda tikinti işləri başlanılıb

12/12/23 9:28

Ağdamda 5 məhəllənin tikintisinə başlanılıb

Bunu Azərbaycan Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilər üzrə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdamın tarixi-mədəni hissəsində geniş layihələndirmə işləri tamamlanır:

“Tikintiyə başlanılıb. Açıq səma altında İşğal və Qələbə Muzeyləri, Muğam Mərkəzi, otellər, daxili yol infrastrukturu, məktəblər, xəstəxana və digər infrastrukturlar 2026-cı ilin sonuna kimi tikilib istifadəyə veriləcək”.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir