Ankara Universitetində Türk bayrağına basqın…

03/06/17 11:36

Ankara Universitetində “oruc davası” şəklində mətbuata əks olunan hadisələrin arxasından böyük bir qalmaqal çıxdı. Millətçi tələbələr, Türk bayrağının təcavüzə məruz qaldığını açıqlayıb.
Ankara Universiteti Cebeci şəhərciyində son bir neçə gündür davam edən gərginlik böyük bir təxribata çevrildi.

13 şəhid verdiyimiz vertolyot qəzası ilə bağlı asılan plakatlar cırılıb, fakültəyə asılan Türk bayrağı isə endirilmək tələb olundu. Çıxan hadisələrdə çox sayda tələbə yaralanarkən, polis məktəbə girib.

Hadisələrdən PKK üzvlərini cavabdeh sayan milliyyətçi tələbələr bir bəyanat verib.

Könül Hacıyeva

Transqafqaz.com