Associated Press: Dövlət Departamenti Kiyevdəki səfirliyin boşaldılmasını elan etməyi planlaşdırır

12/02/22 10:41

VAŞİNQTON. 12.02.2022

Associated Press ABŞ rəsmilərinə istinadən xəbər verir: “ABŞ Dövlət Departamenti şənbə günü ABŞ-ın Kiyevdəki səfirliyinin boşaldılmasını elan etməyi planlaşdırır…”

ABŞ rəsmiləri qeyd edirlər ki, Dövlət Departamenti şənbə günü səhər Kiyevdə ABŞ səfirliyinin bütün əməkdaşlarının Rusiyanın təhlükəli işğalı ərəfəsində ölkəni tərk etməli olacaqlarını elan etməyi planlaşdırır.

Mənbələr bildiriblər ki, məhdud sayda ABŞ diplomatları Qərbi Ukraynaya, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə bilər ki, ABŞ bu ölkədə diplomatik mövcudluğunu saxlaya bilsin.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir