Azərbaycan Milliyyətçi Demokrat Partiyasının Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin Erkən prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir;
Azərbaycan Milliyyətçi Demokrat Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsi növədənkənar prezident seçkilərinin keçirilməsini hakimiyyətin ölkədə növbəti dəfə qeyri-demokratik seçki keçirmək yolu ilə xalqa məxsus hakimiyyəti qəsb etmək cəhdi kimi qiymətləndirir. Dünya praktikasında erkən seçkilərlə bağlı irəli sürülən şərtlərin heç birinin ölkənin siyasi həyatında olmadığı halda, bərabər şərtlər və imkanlar daxilində digər siyasi qüvvələrin azad rəqabətinin bütün mümkün əsaslarının ortadan qalxdığı bir vəziyyətdə hakimiyyətin bu addımı seçkilərin legitimliyinə indidən şübhə qatır.
AzMDP-nin TK- si növbədənkənar prezident seçkilərinin elan edilməsini ölkədə onsuz da ədaləti seçki keçirmək imkanlarının az olduğu bir şəraitdə mümkün olan digər elementlərin də yox edilməsi kimi qiymətləndir. AzMDP – nin Təşkilat Komitəsi, ölkədə azad, ədalətli, demokratik seçkinin keçirliməsi üçün ilkin şərtlərinin olmadığını və 160 dan artıq siyasi məhbus və jurnalistlərin həbsdə olduğunu, sərbəst toplaşma azadlığına basqıların o, cümlədən yuxarıda qeyd etmədiymiz digər neqativ amillərin mövcudluğu şəraitində həyata keçirilən seçkinin leğitimliyni qəbul etməyəcəkdir. AzMDP-nin təşkilat komitəsi ölkənin ərazi bütövlüyünün təmin ediləsi, xalqın qanuni, legitim hakimiyyətinin formalaşması üçün xalqla, demokratik qüvvələrin birliyini əsas sayır və bu yöndə siyasi fəaliyyətini davam etdirəcəkdir.
Transqafqaz.com